O Həyatda Nə Qazanıb?

0
6094
O Həyatda Nə Qazanıb?

Tatuirovka, qan və çapıq– mən bunlardan hazırlanmışam.

Mənə psixoanalitik lazım deyil. Mənim oynadığım rollar mənim psixoanalitikimdir.

Ətrafımdakı bütün qızlar balerina olmaq istəyərkən mən vampir olmaq istəyirdim.

Mən çox gec başa düşdüm ki, xoşbəxt olmaq sadəcə bir seçimdir.

Anam heç vaxt qışqırmaz və söyüş söyməzdi. O, sadəcə, ağlayırdı. Otaqlarımız yanbayan idi. Onun necə ağladığını eşidərdim. Bir dəfə orta məktəbdə oxuyanda (soruşmayın ki, mən nə zibil qaynatmışdım)dərsdən qayıdıb gördüm ki, anam ağlayıb, özü də gecədən səhərəcən.

Atam (Con Voyt)– böyük aktyordur, amma hər şeydən öncə o möhtəşəm atadır. 

Filmlərə çəkilməmişdən qabaq  mən heç öz döşümün ölçüsünü bilmirdim.

Öz obrazlarımın arxasında gizlənmək xoşuma gəlir. Mən çox qapalı insanam və populyarlıqla necə davranmaq lazım olduğunu da yaxşı öyrənə bilməmişəm.

Dünyanın necə böyük olduğunu başa düşmək çox vacibdir.

Övladlarıma verdiyim ən böyük hədiyyə- onlara bu dünyanı görmək imkanı verməkdir.

AZAD OLMAQ intuisiyaya itaət etmək, heç kəsi incitməmək və insanları səhvlərinə görə ittiham etməməkdir.

Həmişə istəmişəm ki, bir neçə həyat yaşayım.

Bəzən uşaqların sualları məni dalana dirəyir. Onlar qəflətən soruşa bilərlər: “Niyə görə Şreklə Fiona evləndi, amma sən yox”.

Sonsuzadək filmlərə çəkilmək fikrim yoxdur. Nə vaxtsa, mən də nənə olacağam.

Həyatın mənasını anlamaq üçün vaxtım yoxdur.

Cavan yaşımda ölmədimsə, bu, mənə bəsdir.
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN