O İllər Öncə Baş Verən Hər Şeyi Xatırlayır

0
1891
O İllər Öncə Baş Verən Hər Şeyi Xatırlayır

Yaddaşınız necədir? Dünən nə yediniz, nə içdiniz, nə etdiniz, nə geyindiniz? Bütün bunları tam detalları ilə xatırlaya bilirsinizmi? Düşünürəm ki, əksər insanlar xatırlaya bildi . Bəs 6 il əvvəl yanvar ayının üçüncü həftəsinin çərşənbə günü nə geyindiyinizi, nə yediyinizi və televizorda nəyə baxdığınızı xatırlayırsınız? Yəqin ki yox. Ancaq  indi danışacağımız qadın xatırlayır.

1970-ci illərin populyar teleşousu olan "Taksi"nin ulduzu Marilu Hennerdə hipertimezi və ya əla yaddaş kimi tanınan nəsə var. Bu əhalinin yalnız kiçik bir hissəsinə təsir edən haldır və bu da demək olar ki, insan qüvvəsi xaricində olan avtobioqrafik yaddaşın olmasına səbəb olur.

Hipertimezi olduğu təsdiq olunmuş digər 25 yaşı olan insanlarla birlikdə Henner də on illər əvvəl baş vermiş keçmiş hadisələri indi görürmüş kimi təsvir edir. Elə bil ki onlar həmin günün filminə baxırdılar.

Sanki özünüz ora aparılıbmışsız kimi keçmişinizdə olan ixtiyari bir günü tamamilə və bütün detallarına qədər xatırladığınızı təsəvvür edin. Bu mümkünsüz kimi səslənir, amma o vəziyyətdə yaşayan bir qisim insan üçün bu mümkündür. Bəzilərinin dəqiq yaddaşı sayəsində mənasız oyunlarda qalib gəlməkdən və ya dostlarını heyrətləndirməkdən həzz aldığı halda digərləri keçmişə ilişib qalıb və ondan xilas ola bilmir.

Güclü yaddaşın gündəlik həyat hadisələrində necə kömək etdiyini görmək asandır. Heç vaxt görüşü ötürməmək, görüşdüyün insanların adların xatırlamaq, önəmli detalları qəfil yada salmaq qabiliyyəti əlbəttə həyatı daha da asanlaşdıra bilər. Yüksək təhsil xüsusi bir cəhd göstərmədən də ola bilər və  bir çox sahələrdə çox yaxşı yaddaş səni peşə nəaliyyəti üçün əla bir namizəd edəcək. Bəs əla yaddaşın mənfi cəhəti ola bilər? Mənfi şeyləri yaddaşınızdan ata bilməmək yaxud əzablı bir hadisəni dünən baş veribmiş kimi xatırlamaq tez-tez qaçılmaz ola bilər. Bunun hətta ciddi narahatlıq və travmatik stress pozğunluğu kimi psixoloji nəticələr yaratma imkanı var.

Siz nə düşünürsüz? Güclü avtobioqrafik yaddaş kömək yoxsa əngəldir? Siz keçmişinizdəki hər günü tam detallarına qədər xatırlamaq istərdinizmi?
 
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN