Ölülər Dirilərdən Çox Pul Qazanır

0
2277
Ölülər Dirilərdən Çox Pul Qazanır

Maykl Cekson "Ölən məşhurların ən varlıları" siyahısında birinci yeri tutub.

Forbes jurnalı ölən məşhurların ən zənginlərinin siyahısını açıqlayıb. Siyahıya dünya pop musiqisinin kralı Maykl Cekson başçılıq edir. Qeyd edək ki, ölümündən sonra belə Maykl yaşayan ulduzlardan çox pul qazanır.
 
2009-cu ildə 50 yaşında vəfat edən Cekson ötən il ərzində 160 milyon dollar qazanıb. Hətta yaşayan ulduzların ən varlısı olan Madonna (ötən iyundan bu iyuna kimi 125 milyon dollar qazanıb) Mayklın kölgəsində qalıb.
 
Məlumat üçün qeyd edək ki, keçən ilin ölən məşhurların ən zəngini siyahısında aktrisa Elizabet Teylor lider idi. Bu ilki göstəricisi onu dördüncü yerdə qərarlaşdırıb (keçən illə müqayisədə onun gəliri 210 milyon dollardan 25 milyon dollara düşüb).
 
Ceksondan sonra 1977-ci ildə vəfat edən Elvis Presli 55 milyon dollarla ikinci pillədə yer alıb. Siyahının üçüncü yerində 37 milyon dollarla komediyalar müəllifi olan Çarlz Şults növbələşib. İlk beşliyi 18 milyon dollarla Bob Marli tamamlayıb.  
 
Başqa məşhurlar
 
Merlin Monro ( 15 milyon)
Con Lenon (12 milyon)
Albert Eynşteyn (10 milyon)
Betti Peyc (10 milyon)
Teodor Qeyzel ( 9 milyon)
Stiv Makkuin ( 9 milyon)
Bryus Li (7 milyon)

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN