Ömrünü uzat!

0
1793
Ömrünü uzat!

 Hər kəs həyatını doya doya yaşamaq və bu ömrünün də daha uzun olmasını istəyir. Amma uzunömürlü olmaq hər kəsə nəsib olmur. Aparılan bir araşdırma ilə müəyyən edilib ki, omeqa3 insan ömrünü 2 il uzadırmış. Bu fikri ABŞ-ın Harvard və Vaşınqton universitetinin alimləri apardığı araşdırma nəticəsində ortaya qoyublar.


Somon kimi bəzi balıqlarda daha çox olan Omeqa 3 yağ turşusu qanında üstünlük təşkil edən 65 yaşdan yuxarı insanlar digərlərinə nisbətən 2 il çox yaşayırlar.

Bu insanlarda ölüm riski 27 %-ə qədər azalmış olur. Tədqiqatçılardan Dr. Dariuş Mozaffaris bildirib ki Omeqa 3-ün faydaları çoxlarına məlumdur.

Ancaq yaşlılara göstərdiyi müsbət təsir haqda məlumat azdır. Tədqiqatçılar bu nəticələrə ABŞ da 65 yaşdan yuxarı 2 min 700 nəfər insana aid 16 illlik müayinəyə baxışdan sonra gəliblər.

Araşdırma zamanı Omeqa 3 tərkibli dərmanlar nəzərə alımayıb.

ŞƏRH YAZIN