Onlar da qeybət etməyi sevirlər!

0
1797
Onlar da qeybət etməyi sevirlər!

 Adətən görmüşük ki, dedi qodu qadınların işidir. Amma kişilərin bu işdə qadınlardan geridə qaldığı sayılmaz. Çünki məlum olub ki, xüsusən də iş yerində verdikləri hər fasilədə, ya da işdən sonra kişilər dedi-qodu ilə məşğul olur. Qeybət etdikləri zaman qadının gəlməsi ilə mövzunu tez avtomobillərə və ya futbola çevirdiklərini özləri də etiraf edir.


Aparılan anketdə qadınların 4 faizi dedi-qodu bağımlısı olduğu halda, hər 10 kişidən birinin dedi-qodu etməyi xoşladığı məlum olub. Onların söhbətinin əsas mövzuları məktəb illərindən qalma xatirələr, ofisdəki ən cazibədar qadınlar, futbol, gəlirlər, avtomobillər və.s sıralanır. 

Kişilərin 17 faizi seksdən sonra dedi-qodu ilə məşğul olmağa üstünlük verir. Qadınlar isə kişilərlə qeybət etməkdənsə, rəfiqələri ilə dedi-qodu etməyi xoşlayır. 

Kişilər maraqlanmadığı mövzulardan söhbət getsə də, gizlincə ona qulaq asırlar. Mövzunun ən həyəcanlı yerində söhbətə müdaxilə etməklərindən əslində, bunu başa düşmək o qədər də çətin deyil. Ətrafda baş verənlər olanların heç fərqində deyilmiş kimi görünsələr də, onlar da ən az qadınlar kimi məsələni təhlil etməyi xoşlayır. Kişilərin və qadınların diqqətini çəkən mövzular fərqli olsa da, nəticə etibarı ilə hər ikisi də dedi-qodu etməkdən zövq alır.

ŞƏRH YAZIN