Onları Müsiqi Zövqündən Tanıyın

0
2105
Onları Müsiqi Zövqündən Tanıyın

Klassik və Jazz Musiqi Dinləyən Kişilər
Bu tərz musiqi dinləyən kişilər kübar cəmiyyətin ən məşhur kişiləridir. Qəşəng dəst paltarları, fenli saçları və baxımlı dırnaqları uzaqdan göründüyündə belə aydın olar. Təbii hər kostyum geyən kişi bu tərz musiqi dinləyir deyə də bir şey yoxdur. Onsuz da aradakı fərqi endikləri avtomobil markası və uzaqdan parlayan qəşəng pencəklərindən aydın ola bilər. 

Pop Musiqi Dinləyən Kişilər 
Pop musiqi dinləyən kişilər, ümumiyyətlə, həyatın normal səviyyədə və qaydalarına uyğun gələrək həyatı yaşamasını sevərlər. İdman və daha çox marka idman paltarlarını seçim edərlər: adidas, nike v. b. marka tərzləri geyinərlər. Bunun xaricində köynək-cins tərzidə geyinərlər və rənglər ya sadə olar ya da qarışıq rəngli paltar geyinərlər. Ruh halları isə daha çox şən və zarafatlı olarlar. Eşqə yalnız lazım olan əhəmiyyəti verərlər nə çox, nə əskik.
 
Slow Musiqi Dinləyən Kişilər 
Slow musiqi dinləyən kişilər, ümumiyyətlə, pop musiqi dinləyən kişilərlə eyni səviyyədə həyat təmin edərlər. Geyim tərzləri az qala eynidir, yalnız içlərində daha çox duyğu saxlayarlar və dinlədikləri slow parçalarla ruh hallarına görə dəyişkən sayılaraq həmişə xəyallar quraraq aşiq olduqları və ya eşq yaşadıqları kəslərlə əlaqədar o dinlədikləri musiqi üstündən romantik olaraq düşünmək xoşlarına gedər. 
 
Rep və R&B Musiqi Dinləyən Kişilər 
Rep və R&B musiqi dinləyən insanların daha çox özünə aid bir dünyaları və öz qaydaları vardır, amma ümumiyyətlə, normal qaydalara uyğunlaşma təmin etməyə çalışarlar. Küçə ortasındakı rəqsləri digər insanlardan özlərini fərqli göstərən ən böyük faktordur. Hər zaman normal bədənlərinin bir və ya iki üst böyüyünü alarlar və bol geyinməyi sevərlər. Rep və R&B musiqi dinləməyi seçənlərin başlıca səbəbləri içlərindəki duyğu və sözləri çox rahat bir şəkildə bir musiqi yoldaşlığında rahatca hər kəs eşitdirə bilmələridir. 

Arabesk Musiqi Dinləyən Kişilər 
Eşqi ən dərindən və ən acı, ən ağrılılı şəkildə yaşayan insanların imtina edə bilmədiyi musiqi növüdür. Arabesk musiqi köhnə illərə mütənasib olaraq artıq çox dinləyənlər məşhur deyil. Arabesk musiqinin özünə aid geyimləri və simvolu vardır. Ən əhəmiyyətli simvollarından biri də təsbehdir. Arabesk musiqi cavanlığı işarələyən bir musiqidir. Amma indiki vaxtda arabesk musiqi dinləyən insanların eşq mövzusunda şanssız olmalarının səbəblərindən biri də konsertlər əsnasında kişilərin etdiyi davranışlar üzündəndir. 

Xalq musiqisi Və Bölgə Musiqisi Dinləyən Kişilər 

Bu növ musiqi dinləyən kişilər eşqləri qədər vətən sevgiləri də daha çoxdur. Eşqi sözlərə ən gözəl şəkildə tökən, vətən sevgisini ən gözəl sözlə izah edən bu musiqi növünü dinləyən kişilərdir.

Rok Musiqi Dinləyən Kişilər 
Rok musiqi dinləyən kişilərin özlərinə aid bir dünyaları vardır. Bir çox yenilik gətirmişlər: sırğa, göz qələmi, saç uzatma və bunun kimi bir sürü şeylər. Bunlar özlərini digərlərindən fərqli göstərməkdədirlər. Dəri rokçuların simvolik geyimidir, amma bu sonradan qara rəngli və ya həddindən artıq rəng qarışığı paltarlara dönmüşdür. Rokçuların ən böyük simvolik geyimlərindən biri də convers ayaqqabısıdır, bunun xaricində dar paça, qara cins şalvarda onlara aid bir geyim tərzidir. Rok dinləyənlərin yaxşı olduğu kimi pis yanlarıda vardır. Bunlarda din qaydalarına uyğun gəlməmələri, içkini daha asan və məşhur hala gətirmələri, sirr narkotik mühitini artırma və heç bir şəkildə namus qayğısı olmamaları, amma təbii ki, bu yazılanları hər rok dinləyən edir deyə bir şey yoxdur, amma inkar da edilə bilməz.


 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN