Ötən Illər Sizə Toxunmasın Istəyirsinizsə ...

0
1951
Ötən Illər Sizə Toxunmasın Istəyirsinizsə ...

Gözəl qocalaq deyirsən. Deyirlər ki, heç qocalığın da gözəl tərəfi olur? Amma həqiqətən olur. Bir diqqət yetirin. Bu gün yaşı 60, hətta 70-i keçən elə insanlar var ki, özlərindən yaşca daha kiçiklərdən cazibədar görünürlər. Heç rastlaşmamısınızmı? Bəs bunu onlar nəyə borcludurlar?

1. İdman 

30 yaşdan sonra əzələ kütləsi azalmağa başlayır. Buna görə də gözəl qocalmaq üçün müntəzəm olaraq idman və iradə lazımdır. 

2. Stress 
 
Çox saylı araşdırmalar göstərir ki, stress qocalma prosesini sürətləndirir. Hüceyrələri məhv edir. Siz hətta yaşınızdan 10-15 yaş qoca görünə bilərsiniz.
 
3.Təəssüf 
 
Əgər siz daima keçmişlə yaşayırsınızsa gələcəyə hərəkət etmək çox çətin olacaq. Öz səhvləriniz üzərində öyrənin, keçmiş səhvlərə görə təəssüflənməyin. Bu işdə sizə yoqa da kömək edə bilər. 

4. Maraq 
 
Hər gün nə isə yeni bir şey öyrənməyə çalışanların həyata sevgisi də çox olur. Bu vərdiş insanı gəncləşdirir və gözlərindəki gənclik parıltısını qoruyur. 

5. Makiyaj 
 
Çoxları düşünür ki, yaş artdıqca makiyaj da artmalıdır. Lakin ehtiyatlı olun, artıq krem ənlik sizi olduğunuzdan da yaşlı göstərə bilər. 

6. Pozitiv
 
Xəstəlik, yaşla bağlı uzun uzadı şikayətlər etmək olar. Amma bu sizə lazımdır? Bu şikayətlər sizə yenidən gəncləşməyə kömək etməyəcək. Daha yaxşı olar ki, immun sistemini möhkəmləndirin və pozitiv olun. 

7. Sağlam yuxu
 
Yaş keçdikcə sağlam yuxunu qoruyub saxlamaq çətinləşir. Alimlər də keyfiyyətli yuxunu gəncliyin əsas səbəblərindən biri hesab edirlər. Gün ərzində ən azı 7 saat yatmaq məsləhətdir. 

8. Düzgün qida
 
Qidalanma dərinin görünüşünə ən çox təsir edən amillərdən biridir. Əgər sağlam qidalarla qidalansaq onda təsirini görmək üçün uzun müddət gözləməli olmayacağıq. Daha çox meyvə tərəvəz, tərkibində süni rəngləndirici olmayan məhsullar almağa çalışın. Onların tərkibi A, C, E, D və K vitaminləri ilə boldur. 

9. Obraz
 
İllər keçdikcə xarici görünüşümüz dəyişir. Bəziləri bunun qarşısını almaq üçün əlindən gələni edir, bəziləri isə hər yaşın öz gözəlliyi var deyərək təbiiliyi qoruyur. Məsələn, Corc Kluni heç vaxt saçını rəngləməyib. Onun fikrincə, bu onu daha da yaşlı və eybəcər göstərə bilər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN