Oxunması yasaq nəşrlər

0
2641
Oxunması yasaq nəşrlər

 Dünya tarixində yasaq olunmuş bir çox nəşrlər var. Yasaq nəşrlər qardaş dövlət Türkiyədən də yan keçməyib. Türkiyədə indiyə qədər 453 kitab, 645 qəzet, jurnal, broşüra qadağan edilib. Amma indi bunlara olan qadağa götürülür. Həmin siyahıya düşən Nazim Hikmət, Yaşar Qaplan, Lenin, Stalin, Sultan Qaliyev, İsmayıl Beşikçi, Karl Marks, Əbdürrəhim Qaraqaun və digər yazarların kitabları da qadağan idi. Yasaq kitablar arasında bu nəşrlər də var:


Dərsim Türküləri – 1993-cü ildə qadağan olunub;

Kommunist Manifesti – 1968-ci ildə qadağan olunub;
 
Əziznamə (Əziz Nesin) – 1987-ci ildə qadağan olunub;
 
Bolşevik Partiyasının Tarixi (Stalin) – 1971-ci ildə qadağan olunub;
 
Demokratiya risaləsi (Yaşar Qaplan) – 1985-ci ildə qadağan olunub;
 
Qurtuluş Müharibəsi dastanı (Nazim Hikmət) – 1968-ci ildə qadağan olunub;
 
Qrupun kimliyi (Salman Yüksəl) - 2002-ci ildə qadağan olunub;
 
Kürt ayini üzərində düşüncələr (İsmayıl Beşikçi) – 1991-ci ildə qadağan olunub;
 
Nazim Hikmətin bütün əsərləri – 1968-ci ildə qadağan olunub;
 
National Geographic Atlas of the World – 1987-ci ildə qadağan olunub;
 
Məqalələr (rus dilində, Sultan Qaliyev) – 1985-ci ildə qadağan olunub;
 
Dövlət və İnqilab (Lenin) – 2000-ci ildə qadağan olunub;
 
Vur emri (Əbdürrəhim Qaraqoç) – 2002-ci ildə qadağan olunub;
 
Yeni şeirlər (Nazim Hikmət) - 1966-ci ildə qadağan olunub.

ŞƏRH YAZIN