Oxuyacağınız yüz kitab

0
9480
Oxuyacağınız yüz kitab

Amazon saytı hər zaman oxunulası 100 kitabın yeni siyahısını təqdim edib.

 
Kitablar siyahısına Ceyin Ostinin “Qürur və Qərəz” (1813), F.Skot.Fitceraldın “Dahi Qeytsbi” (1925) və Keyt Atkinsonun “Həyatdan sonrakı həyat” (2013) kitabları daxil olub.
 
Siyahıya bir çox janrlar və geniş oxucu istəkləri daxil olaraq 200 illik ədəbiyyati əhatə edir. Müəlliflərdən Devid Sedaris, Salman Rüşdi, C.D. Selincer, Maykl Pollan və Şel Silversten də daxildir.
 
Nəşriyyatın direktoru Sara Nelson bildirir ki, siyahıda kitablar təsnifatdan çox əlifba sırası ilə düzülüb və “biri digərindən əhəmiyyətli deyil”.
 
Uşaq kitabı E.B.Vaytın “Şarlottanın hörümçək toru” və “Favorit” kitabının müəllifi Laura Hillebrandın 2-ci dünya müharibəsinə dair yazdığı qeyri-bədii kitabı “Məğlubedilməz” kitabı  yekdilliklə siyahıdan çıxarılıb.
 
İlkin mərhələdə bir çox pərəstişkarlar qazanmış “Harri Potter”,  “Aclıq oyunları” və “Üzüklərin hökmdarı” seriyaları da siyahıdan kənarlaşdırılıb.
 
Siyahıda Amazonun ilin  ən yaxşı kitabı N#1-dən  Rebekka Sklotun “Hanrietta Lakın ölümsüz həyatı” kitabı da yer alıb. 
 
Sara Nelson qeyd edib: “Corc Oruellin “1984” kitabı möhtəşəmdirmi? Lakin siyahıya “1984” və ya “Yeni gözəl dünya” kitabı yerləşdirilməli? “Üzüklərin hökmdarı” və ya “Hobbit” yerləşdirilməli? 100 kitab siyahısına hər ikisini yerləşdirmək olmaz. Biz çalışdıq daha təsvirli və digər kitablardan irəli gedə biləcək kitabların siyahısını hazırlayaq”.
 
Bəzi redaktorların mübahisəsinə baxmayaraq klassiklərdən “Səfillər” və “Mobi Dik” siyahıdan çıxarılıb.
 

ŞƏRH YAZIN