Özünəinamın sirri - Kəhrəba!!!

0
10449
Özünəinamın sirri - Kəhrəba!!!

 Daş qaşlar xanımlar üçün əvəzedilməzlər sırasındadır. Əsrlər boyu hər bir xanım bər-bəzək, daş-qaşları sevərək taxıb. Bəziləri qızıldan, bəziləri gümüşdən, bəziləri daşlardan, bəziləri isə hamısından xoşlanır. Bu dəfə daşlar arasında xüsusi yeri olan kəhrəbadan danışacağıq.


Kəhraba nəsli kəsilmiş bir şam ağacının qatranıdır. Onun üçün bəziləri Kəhrabaya Qatran daşı, bəziləri isə Yantar deyirlər. Kəhrabanın tərkibinin 78% karbondan, 12% oksigendən, 10% hidrogendən və suksin turşusundan ibarətdir. Milyonlarla il əvvəl meydana gələn kəhraba (parçalar halında) əsasən zərgərlikdə istifadə olunur. Kəhraba həddindən artıq şəffaf olduğu üçün tərkibindəki hava qabarcıqları aydın şəkildə görünür. Kəhrabalar adətən qızılı sarı, və açıq sarı rənglərdə olur. Qızılı sarı Kəhrabalar sürtünmə nəticəsində elektriklənirlər.

Təbii kəhrabalar olduğu kimi süni kəhrabalar da geniş yayılıb. Onları bir-birlərindən fəqləndirmək olduqca asandır. Süni kəhrabaların əksəriyyəti boyanmış olur. Bunlar yaşıl, bənövşəyi, mavi, qırmızı rənglərdir. Təbii kəhrabaları yandırdıqda şam qoxusu, süni kəhrabanı yandırdıqda sintetika, plastik və ya şüşə qoxusu gəlir. Süni kəhrabalar şüşə, plastik və ya sintetik qatrandan hazırlanır. Bir də süni kəhrabalar tərli dəriyə toxunduqda qaşıntı verir. Kəhrabalar həddindən artıq yüngül və ya həddindən artıq ağırdırsa, bu süni kəhrabadır. Həmçinin tərkibində hava qabarcıqları daha çox olan kəhrabalar da süni kəhrabalardır.

Əsasən Baltik dənizi, Burma, Livan, Sicilya, Meksika, Ruminya, Kanada, Almaniyadan çıxarılır. 

Kəhrabanın insan üçün faydaları:

1. Boğaz infeksiyalarına qarşı faydalıdır.
2. Boğaz urunun (zob) qarşısını alır. Varsa böyüməsini və tədricən əriyib yox olmasını təmin edir.
3. Qulaq ağrılarını sağaldır.
4. Böyrək, sidik kisəsini, dalağı tənzimləyir, fəaliyyətini nizamlayır.
5. Astma bronxit kimi tənəffüs yolları xəstəliklərin müalicəsində əvəz olunmazdır.
6. Allergiyaların qarşısını alır. Bir çox allergiyaları sağaldır.
7. İnfeksiyaların yayılmasının qarşısını alır.
8. Ağrı və sancı olan hissəyə kəhraba daşı sürtdükdə ağrını kəsir.
9. Sol qolda və ya sol əldə olan kəhraba bədəni elektrik yığılmasından qoruyur. Beləliklə depressiyanın qarşısını alır.
10. Həzm sisteminin, bağırsaqların fəaliyyətini nizamlayır.
11. Sinir sistemini gücləndirir. Sümük iliyi çatışmamazlığına faydalıdır.
12. Mənfi enerjini müsbət enerjiyə çevirir.
13. Özünə inamı artırır.

ŞƏRH YAZIN