Peşənizə Uyğun Istirahət Edin

0
1715
Peşənizə Uyğun Istirahət Edin

Həyat bəzən yorucu ola bilir, bir tərəfdən problemlər, bir tərəfdən dərs və ya işin gərginliyi. Bütün bunlar insanı gücdən salır, daha əsəbi edir. Bu səbəbdən də sakitliyə ehtiyac olur.

Belə adamların istirahət üçün Antalya, Nabran kimi yerləri, uzun və üzücü yolu olan məkanları seçməsi məqsədəuyğun deyil. Hər peşə sahibi özü üçün müxtəlif formalı istirahət seçməlidir.


Sizə peşənizə uyğun istirahət seçməyin qaydalarını təqdim edirik:

Elə istirahət yerləri var ki, gecə-gündüz səs-küylüdür, adam əlindən yer yoxdur. Belə yerlərə çox darıxdırıcı işi olan, ya da bütün günü evə bağlı insanlar, yəni darıxan insanlar getməlidir ki, beyni yeni informasiya ilə dolsun. Amma beyni onsuz da dolub-daşan insanların çox basırıq yerlərdə olması və guya istirahət etməsi onun əsəblərini daha da tarıma çəkəcək. 

Ağır zehni işi olan adamlar daha çox ucqar dağ bölgələrində, bağda oturub, beyinlərini təmizləməli, meditasiya etməlidir. O qədər sakitlik olmalıdır ki, quşların, yarpaqların səsi belə eşidilməlidir. Bu cür insanlar xaricə gedəndə də daha sakit və elit yerləri seçməlidirlər.

Meditasiya bardaş qurub, barmaqlarını birləşdirib, dərin nəfəs almaq və mantra oxumaqdan ibarət deyil. Sadəcə, bağda, torpaqda uzanıb, gözlərini yumub, tam sərbəstləşərək də meditasiya etmək olar. Yaxud uca bir dağın zirvəsində əlini torpağa, daşa qoyub, fikirləri boşaltmaq lazımdır.

 

 Korrektə etdi: Elnarə İzel

ŞƏRH YAZIN