Qadınların ən çox dediyi 5 yalan

0
4683
Qadınların ən çox dediyi 5 yalan

Çəki, yaş və ailə mövzuları müzakirə edilirsə, qadınlar arasında rəqabət güclənir. Bu zaman qadınlar özlərini daha üstün göstərmək üçün müxtəlif çeşiddə yalan deyə bilirlər.Qadınların ən çox dediyi 5 yalanı təqdim edirik.

Mağazada

Bir çox qadın bədən ölçüsü 40 olsa da, 38 bədən paltarı geyinməkdə sirar edir. Paltarın əyninə olmadığını görəndə,”paltarın qəlibi dar” deyərək, bədəninə uyğun ölçüdə olanını alar.

Bəzi satıcılar qadınların bu yalanından xəbərdar olduqları halda səslərini çıxartmazlar.

Yaş

Gənc yaşlarda problem olmasa da, 30-u keçəndən sonra yaş artımını dayandırmaq lazımdır. Bu qadınların ən çox dediyi yalanlardandır. “Yaşından çox gənc görünürsən” sözünü eşitməkdən böyük həzz alırlar. Yalan olsa da.

Çəki

Qadınların əksəriyyəti çəkiləri ilə bağlı yalana baş vurmaqdan çəkinmir. Əslində bu heç də təəccüblü deyil. Mütəmadi olaraq televiziyada qadın bədənin ideal ölçüsü barədə verilən reklam və verilişlər qadınları bu yalanı deməyə məcbur edir.

Uşaqlar

Hamının uşağı bacarıqlıdır. Övladlarının “ən yaxşı” olduğunu deməklə sanki özlərinin də seviləcəklərini  düşünürlər. Əslində isə uşaq həqiqətən yaxşı deyilsə, ona yaxşı olduğu kimi davranılırsa, bu uşağın özünə güvənini zədələyə bilər.

Ana olmaq

Ana olmaq dünyanın ən gözəl və ən əyləncəli işidir. Əlbəttə, bu hər zaman belə olmur. Bəzi günlər bu iş çox çətin ola bilər. Yalan demək əvəzinə, yaxınlarınızdan bu məsələdə dəstək almaq olar.

 

ŞƏRH YAZIN