Qəribə ölümlər

0
2632
Qəribə ölümlər

Hər gün onlarla insanın ölüm xəbərini eşidirik. Bu xəbərlərin nə qədər təsiredici olması bəzən ölümlərin formasına görə də dəyişir. Bu dəfə təqdim etdiyimiz insan ölümləri kifayət qədər qəribə və ağlasığmazdır.


1. İstanbulda bir nəfər mədəsinə gedən ağcaqanadı öldürmək üçün ağızına böcəyə qarşı sprey vuraraq ölüb. 

2. Biri gündüz, biri gecə növbəsində olmaqla ata və oğul eyni iş yerində çalışırmış. Onlardan biri mopetlə işə gedərkən digəri eyni adlı nəqliyyat vasitəsilə işdən qayıdırmış. Ata ilə oğul sərt bir döngədə qarşılaşır və bir-birlərinə salam vermək istəyərkən mopetdən yıxılaraq ölüblər. Hadisə Konyada baş verib.
 
3. Dülgər emalatxansında çalışan işçilər iş vaxtının bitdiyində üzərlərindəki talaşaları kompressorla təmizləməyə başlayıblar. Bu vaxt iş yoldaşına yardım edən Əli zarafat etmək niyyətiylə, hava vuran kompressoru Bürhana doğru tutub. Bu zarafatdan xoşlanmayan Bürhan “zarafat elə olmaz, belə olar” deyərək “hava tapançası”nı götürüb və iş yoldaşı Əlinin arxasına itələyib. Bağırsaqları partlayan Əli xəstəxanaya aparılarkən dünyasını dəyişib. 

4. Yoldaşlarıyla mərc edərək başıyla mərmər bloku qırmağa çalışan karateçi mərmər yerinə başını qırıb. Az sonra kareteçi aldığı beyin zədəsi nəticəsində ölüb.
 
5. Dənizçilik sahəsində işləyən 3 gəmi mühəndisi kimsəyə xəbər vermədən buxar qazanına girib. Oradan keçən  bir adam “bu qapaq niyə belə açıq qalıb” deyərək qazanın qapağını bağlayıb. Bir qədər sonra gəmi səfərə çıxıb və qazanın içindəki mühəndislər boğularaq ölüb.
 
6. Bir çox insan yol qəzasından yaralı olaraq qurtulub xəstəxanaya aparılarkən təcili yardım maşınının qəza etməsi nəticəsində ölüb. Bu hadisə bir çox yerlərdə baş verib.
 
7. Elektrik dirəyinə söykənib ayaqqabısının içinə girən xırda daşı ayağını silkələyərək çıxarmağa çalışan bir adamı gözünüzün önünə gətirin. Köməksevər bir insan ayaqqabısından daş çıxarmağa çalışan adamı, cərəyan vurduğunu ehtimal edib. Yardımsevər şəxs həmin adamı cərəyan vurmasından xilas etmək üçün başına və kürəyinə zərbələr endirib. Adam aldığı zərbələrdən dünyasını dəyişib. Hadisə Türkiyənin Tunca kəndində baş verib. 
 

ŞƏRH YAZIN