Qreyfrut Yeyin, Formada Qalın

0
2509
Qreyfrut Yeyin, Formada Qalın

Arıqlamaq üçün ən yaxşı vasitə olan qreyfrut kalori yandıran meyvələr sırasında liderdir. Meyvənin tərkibində olan maddələr bədəndə olan yağ qatlarının əriməsini sürətləndirir. Türkiyənin məşhur dietoloqu Nil Şahinin apardığı kiçik araşdırmadan qreyfrutun faydaları haqqında kifayət qədər maraqlı informasiyalar verilib.

Meyvə təbii yağ yandırıcı təsirə sahibdir. Heç bir bənzəri olmayan meyvənin tərkibində xüsusi turşular var ki, onlar bədəndə olan xolesterinin aşağı düşməsinə,həmçininartıq piy qatlarının əriməsinə şərait yaradır. Meyvənin tərkibində olan vitamin əzələləri gücləndirir, iştahı nizamlayır, həzmi asanlaşdırır. Meyvədə olan qırmızı rəngli piqment laykopenlər təbiətdəki ən güclü antioksidanlardanbiridir.  

Meyvənin faydaları   Meyvənin tərkibində olan piqmentlər şəkərli diabet xəstələri üçün əvəzolunmaz müalicə vasitəsidir. Meyvə eynizamanda bağırsağın işini istiqamətləndirir. Meyvənin saçlara da xeyri var. Dietoloqlar meyvədən bol istifadə etməkdən çəkinməməyi məsləhət görürlər. 

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN