Rene Dekartdan gözəl fikirlər

0
3976
Rene Dekartdan gözəl fikirlər

 Yaxşı kitablar oxumaq, keçmiş əsrlərin ən yaxşı insanlarıyla söhbət etmək kimidir.


Qəti olan bir şey var. Bir şeyin doğruluğundan şübhə etmək. Şübhə etmək düşünməkdir. Düşünməksə var olmaqdır. Elə isə var olduğum şübhəsizdir. Düşünürəm, o halda varam. İlk məlumatım bu möhkəm məlumatdır. İndi bütün o biri məlumatları bu məlumatdan çıxara bilərəm.

Tanrının varlığı, bir həqiqəti ifadə edən həndəsi nəzəriyyələrdən daha həqiqidir.

Fəlsəfə bir elmdir və həndəsi üsulu metafizikaya tətbiq etmək lazımdır, fəlsəfəni qəti bir elm etmək üçün.

Aldatmaz olduğu üçün də Tanrının bildirdiyi doğrudur.

Tanrının məlumatının mükəmməl olması və onun aldanmaz və aldatmaz olması inancı, vəhyin təməlini meydana gətirər.

Həqiqətdə ancaq və tək Tanrıdır ki tam olaraq müdrikdir, yəni hər şeyin həqiqəti haqqında tam məlumatı vardır; lakin deyilə bilər ki insanlar daha əhəmiyyətli həqiqətlər haqqında az ya da çox məlumat sahibi olduqları ölçüdə, az ya da çox müdriklik sahibidirlər. Bu nöqtədə bütün alimlərin həmfikir ola bilməyəcəyi heç bir şey olmadığını sanıram.

Əgər gerçəyi həqiqətən bilmək istəyirsənsə, həyatında bir dəfə olsun bütün şeylər haqqında şübhə et.

Əhəmiyyətli olan ağıllı olmaq deyil, ağılı yerində və zamanında istifadə etməkdir.

Düşünürəm, o halda varam.

Ağılın nəsihət etdiyi hər şeyi ehtirasa qapılmadan yerinə yetirmək üçün möhkəm bir dayanıqlılıq lazımdır.

Məncə ərdəm, bu qərar möhkəmliyidir.

Unutma, sənə işıq tutanlara kürəyini dönsən; görəcəyin tək şey öz qaranlığındır.

Mənim məlumatıma güvənin bu məlumatlar həqiqəti dəlildir sübut etmək düşünməyi tələb edir.

Şübhəni, əsla işlərimizi sövq və idarədə istifadə etməməliyik.

ŞƏRH YAZIN