Rənglərin Əhvala Təsiri

0
2313
Rənglərin Əhvala Təsiri

Alimlər illər boyu bir çox araşdırmalarla xoş əhval ruhiyyənin sirrini axtarıblar. Edilən bir araşdırma ilə, rənglərin də rənglərin əhval ruhiyyəyə, sağlamlığa və düşüncələrə olan təsirini öyrəniblər.

Bir rəngi digərindən çox bəyənməyimiz, o rəngin bizdə hansı hisslər yaratdığından irəli gələ bilər. Bunları nəzərə alaraq, sizə müxtəlif rənglərin psixika və sağlamlığımıza təsiri haqda məlumat vermək istəyirik.
 
Qırmızı

Parlaq rəng olub, güclü emosiyalar yaradır. Onu sevib-sevməmək olar, lakin laqeyid qalmaq mümkün deyil. Qırmızı rəng, orqanzimə stimullaşdırıcı təsir göstərir. O, bədəni canlandırıb qızışdıraraq, ürək yığılmasının tezliyini artırır, nəfəsi dərinləşdirir, əzələ tonusunu artırır, qan dövranına və adrenalinin ifrazına təsir göstərir. Bunula bərabər maddələr mübadiləsini tezləşdirir. Lakin, nəzərinizdə olsun ki, qırmızı rəng qan təzyiqini artırarq bəzi hallarda baş ağrısı verə bilir. Əgər sizdə hipertoniya xəstəliyi, emosionallıq  və koordinasiya pozuntları varsa, o halda qırmız rəngdən istifadə məsləhət görülmür.

Çəhrayı isə tam əksinə sakitləşdirici effekt göstərərək bir çox xəstəxanaların palata divarlarında da istifadə olunur.

Narıncı
 
Bu rəng iştaha yaxşı təsir göstərir. O, mədəaltı  vəz və dalağı möhkəmləndirir, həzm və ürəyin işini stimullaşdırır. Bu rəng zehni xüsusiyyətlər və  fiziki enerjini  möhkəmləndirən və birləşdirən stimulyator olub, immun sistemə yaxşı təsir göstərir.
 
Sarı
 
Sarı rəng  günəş rəngi olaraq, əhvalı artırıb, qorxudan azad edir. Sarı rəng əsasən psixiki prosessləri stimullaşdırır. Bunlardan : düşüncə və yaddaşın artırılması, konsentrasiyanın gücləndirilməsi. Tənəffüs orqanlarına təsir edərək sinir sistemini yaxşılaşdırır. Nevrozun müalicəsinə kömək edir.

Qırmızı rəng kimi bu rəng də, qan təzyiqi və nəbzi artırma gücünə malikdir.

Yaşıl
 
Yaşııl -  sağlamlıq rəngi sayılaraq, sinir siteminə sakitləşdirici təsir göstərir. Əsəbi  gərginlik, miqren, depressiya hallarının müalicəsində effektiv sayılır. Bu rəng əsasən vanna və yataq otaqlarında sakitlik və yuxusuzluğa kömək etdiyi üçün  istifadə olunur. Açıq yaşıl rəng kapilyarları genişləndirərək, təzyiqi  azaldır.

Mavi
 
Rahatlıq rəngi sayılaraq, psixoloji effekti sayəsində ürək ritmi və nəfəsi sakitləşdirərək, zehni fəaliyyəti gücləndirir. Tünd mavi rəng hipofizə təsir edir, o isə öz növbəsində yuxunu nizamlayır. Araşdırmaların nəticələrinə görə mavi rəng məktəb otaqlarında istiifadə olunduqda aqressiv uşaqlara sakitləşdirici təsir göstərmiş olur. Həmçinin bu rəng yuxusuzluq probleminin müalicəsində istifadə olunur.

Bənövşəyi
 
Bu rəng qırmızı və mavi rəngin özündə birləşdirir. Müəmmalı olan bu rəng, özündə iki əks rəngin və həmçinin əks xüsusiyyətlər sayılan sakitlik və hərəkəti, yaxınlıq və uzaqlığı, soyuq və istini birləşdiri. Bu rəng təbiətdə çox az təsadüf edilir. Qırmızı və mavi rəngin ahəngi orqanizmin detoksikasiyasına (toksik maddələrin fiziki, kimyəvi və ya bioloji yolla zərərlələşdirilməsi)  kömək edir. İştahı  azaldır və maddələr mübadiləsini tənzimləyir, həmçinin təmizləyici və antiseptik təsir göstərir.

Hər bir nüansı nəzərə alaraq, hər birimizin sevimli rəngi olsa da, bildiyimizə görə bu rəng üstünlüyü yaş həddinə görə dəyişərək, o zaman üçün ruhi vəziyyətimiz və daxili hisslərimizi, ən əsası isə hansı hisslərə ehtiyac duyduğumuz biruzə verir.


Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN