Samsungla Bağlı Bunları Bilirdinizmi?

0
3408
Samsungla Bağlı Bunları Bilirdinizmi?

 1) "Samsung Group" konserni 1938-ci ildə 28 illik iş adamı Li Ben Çxol tərəfindən yaradılmışdır. Bugünə qədər bu konsern onun ailəsi, daha dəqiq desək, oğlu Li Qon Xi tərəfindən idarə olunur. Li Qon Xi hal-hazırda dünyanın ən varlı insanlarından biri hesab olunur.

2) "Samsung" adı düzgün şəkildə "Samson" formasında tələffüz olunur və Koreya dilindən tərcümədə "3 ulduz" mənasını verir.

3) 1938-1960-cı illər ərzində şirkət ərzaq və təsərrüfat məhsulları istehsal edirdi. Həmin məhsullar sırasına düyü, şəkər tozu, makaron, eləcə də pivə və düyü arağı şəklində hazırlanan spirtli içkilər daxil idi. 

4) 50-ci illərin əvvəllərində ölkədə aparılan hərbi əməliyyatlar zamanı şirkətin bütün zavodları və anbarları məhv edilmişdi. Bu hadisədən 10 il sonra Li Ben Çxolun hakimiyyətdən getmiş prezident ilə əlaqə yaratdığı sübuta yetirildiyi üçün o, həbs cəzasına məhkum edilmişdi. Bütün bu uğursuzluqlara baxmayaraq, istedadlı biznesmen hər dəfəsində sıfırdan başlamağı bacarmışdı.

5) Samsung brendinə xüsusi populyarlıq qazandıran "Samsung Electronics" şirkəti 1969-cu ildə yaradılmışdı. Həmin dövrdə televizor, soyuducu və kalkulyatorların istehsalı ilə məşğul olan şirkət fəaliyyətinin ilk 10 ili ərzində yalnızca daxili bazarda tanınırdı.

6) 80-ci illərin ortalarından başlayaraq şirkətin həm biznes strukturuna, həm də marketinq strategiyasına ciddi şəkildə təsir göstərən iri miqyaslı dəyişikliklər edildi.

7) Bügun "Samsung Group" konserni kimya məhsullarının istehsalı, tikinti, avtomobil istehsalı, sığorta, kreditləşmə və digər sahələrlə məşğul olan 23 bölmədən ibarətdir. Bununla yanaşı, şirkət gəlirlərinin 70%-i elektron sənayesinin payına düşür.

8) "Samsung Motors" adı altında fəaliyyət göstərən avtomobil bölməsinin səhmlərinin 80%-i "Renault" şirkətinə məxsusdur. Avtomobillər yalnız Cənubi Koreya ərazisində Samsung markası altında istehsal olunur. Digər ölkələrdə isə eyni model avtomobillər "Nissan" və "Renault" markaları altında istehsal edilir.
 
9) İstehlak elektronikasının istehsalı ilə məşğul olmaqla yanaşı, Samsung hal-hazırda kompyuter istehsalı üzrə məşhur dünya brendləri hesab olunan Sony, Apple, Dell və HP kimi şirkətləri kompyuter hissələri ilə təmin edən əsas təchizatçı rolunu oynayır.

10) Müasir dövrdə "Samsung Electronics" istehlak elektronikasının bir çox seqmentlərində öz liderliyini qoruyub saxlamaqdadır. Şirkət fototexnika, kompyuter hissələri və məişət texnikasının istehsalına görə lider olan şirkətlər sırasında ilk onluğa daxildir:

- 2014-cü il üzrə şirkətin smartfonlar bazarında payı 31% təşkil edir.

- Planşet bazarında bu rəqəm 22%-ə bərabərdir.

- Şirkətin televizor bazarında payı isə 38%-dir.
 
Korrektor: Abdullazadə Sevinc 

ŞƏRH YAZIN