Sənin Saçının Forması Necədir?

0
3074
Sənin Saçının Forması Necədir?

Qadınlarda qısa buruq saçlar: Saçları düz olduğu halda buraraq qısa və yumru kəsən insanlar, özlərini çətinliyə salmaq istəməyən insanlar olduqlarına əmin ola bilərsiniz. Belə qadınlar canlı və hərəkətlidirlər. Nə gəldi bəhs etməsini sevirlər. Bu onların ağılsız olduğunu göstərməz. Əksinə, ağıllıdırlar və zərurət etdiyi zaman ağıllarını istifadə etməsini bilərlər. Sadəcə özlərini çətinliyə salmaq istəməzlər.

Qısa saçlar: Saçlarını bir kişi kimi qısa kəsərək dümdüz buraxan qadınların təbiətində də bir az kişilik vardır. Belə qadınların paltarlarının da kişi geyiminə bənzədiyini görə bilərik. Daha çox kişilərin gördüyü işlərə bənzər işlər görürlər, kişilərin etdiyi hər işi edə bildiklərini isbat etməyə cəhd edər və dayanmadan "kaş ki kişi olsaydım!" deyirlər.
 
Uzun saçlar(düz və ya buruq): Uzun saç istənilən qıza yaraşır,əsasən gənc qızlar saçlarını uzadırlar, yaşa dolduqca yaşla birlikdə saç da yaşlanır və beləliklə çox az yaşlı qadının saçı uzun qalir. Uzun saç əsasən ideal gənc qız simvoludur. Uzun saçlı xanımlar kişilər tərəfindən daha çox bəyənilir, sevilir nəinki, qısa saçlı qızlar. Kişi üçün qadında üz gözəlliyi ileə yanaşı xanımın uzun saçlarıdır. Uzun duz saçlı xanımlar saçlarını ikiyə ayırdıqları zaman boyları qısa görünür, bütöv olduğu halda isə uzun görünür, saçlar dalğalı və ya buruq olduğu halda isə qadını bir az daha kök göstərir.

Kişilərdə qısa saçlar:
Saçlarını yaxşıca qısa kəsən bir kişi nəfsindən əmin və qüdrətlidir. Sənətdən ancaq səthi bir zövq alar. Yüngül əsərləri dinləyib reqs etməyi çox sevir. Bəzən yoldaşına qarşı inadkar olur. İnsanları sevməz və insanların yaxşı ola biləcəyinə çox inanmaz.

Uzun saçlar: Saçlarını uzadan kişilərin sənət həvəskarı olduqlarından əsla şübhə etməmək lazımdır. Bu kimi kəslər hər hansı bir sənət sahəsində özlərini mütləq sınayırlar. Nəzakətli və həssas olurlar. Sevdikləri işi ciddi qəbul edər və çox zaman sədaqət göstərər.
 
Yandan ayrılan saçlar: Saçını yandan ayıran kişi təmkinli, öz halında, qüdrətli və durğun bir adamdır. Macərasız, sakit bir həyat sürür. Həyatı öz çəkdiyi dar çərçivə və mühitdən ibarət görər. Yaxşı xasiyyətli və mehriban olduğu üçün dözümlüdür və bütün tanışları tərəfindən çox sevilər.
 
Ortadan ayrılan saçlar: Bir təbiətin işarəçisidir. Saçını ortadan ayıran insan sırf yenilik olsun deyə görülməyən şeylər edir. Bu səbəbdən başı çox vaxt bəladadır. Amma o buna vecinə almaz. Bəzən ağır danışır. Hazırcavabdır.
 
Ayrılmamış saçlar: Saçlarını heç ayırmadan arxaya doğru darayan kişi çox məşğul və fəal olduğu halda görünüşə çox diqqət etməyən bir kişidir. Qüvvətli bir şəxsiyyətə malikdir. Başqalarının təsiri altında qalmaz. Praktik işlərdən xoşlanmaz. Kitab oxumaq və sənətlə məşğul olmaq onun yaradılışına daha uyğundur. Öz düşüncələriylə o qədər dolğundurlar ki, başqalarıyla məşğul olacaq vaxtı yoxdur, onun üçün çox az dostu olur. 
 

Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN