Sizin Boyunuz Necədir?

0
8804
Sizin Boyunuz Necədir?

Boya görə xarakter:

Ucaboylu arıqlar:

Sadədirlər. Haqq-ədaləti sevirlər. Əgər onların işinə dəyər verilməzsə, bu zaman heç düşünmədən mübahisələr edə bilərlər. İstədikləri hər bir şeyi asanlıqla əldə etməyi bacarırlar. Bütün pisliklərə gülərək cavab verməyi sevirlər. Bu da onların hər zaman yüksək pillədə durmalarına yardımçı olur.

Ucaboylu köklər:
 
Bu insanlar elə çəkiləri kimi də ağır olurlar. Hansısa bir məsələ üzərində günlərlə düşünür, sonra qərar verirlər. Çox sərtdirlər. Hər hansısa bir hadisəni soyuqqanlı qarşılamağı bacarırlar. 

Qısaboylular:
 
Belə insanlar utancaq, azdanışan və təvazökardırlar. Problemlerini ən yaxın insana belə danışmaqdan çəkinirlər. Dostcanlıdırlar. Dostları üçün hər şeyə hazırdırlar. Özlərindən tez “çıxırlar”.
 
Ayaq formalarına görə xarakter

Ayaqları uzun olanlar:
 
Həyatsevərdirlər. Daim eyni işlə məşğul olmaqdan tez bezirlər. Elə ona görə də onların həyatı rəngarəng və dəyişik olur.

Ayaqları qısa olanlar:
 
Çox gözəl ailə başçısı olurlar. Dözümlüdürlər. Bütün problemlərini, hətta mümkünsüz olanları belə həll etməyə çalışırlar. Uduzsalar da ruhdan düşmürlər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN