Sizin burun quruluşunuz ...

0
1659
Sizin burun quruluşunuz ...

 Sizin xarakterinizi biruzə verən bir çox şey var. Məsələn, əlləriniz, ayaqlarınız, barmaqlarınız, üz cizgiləriniz, xallarınız, səs tonunuz... Bu dəfə burun quruluşunun insan xarakteri haqqında nə dediyini təqdim edəcəyik.  


İti və uzun burunlar - İti və uzun burunlu insanlar qarşılarındakına təsir etmə və istiqamət vermə gücü yüksək olan insanlardır. Üstün zəkaları sayəsində bir çox işi bacarıqla yerinə yetirirlər. Məsuliyyətli olur və planlarını reallaşdırmaq üçün var gücü ilə çalışırlar. Əsəbi və hirsli olduqları üçün sonsuz səhvlər edirlər. 

Böyük və əyri burunlar – Böyük və əyri burunlar qədim zamanlardan ələ salınır. Onlar bu cür rəftara məruz qaldıqları üçün sərt reaksiya verirlər. Lakin ciddi və əsəbi maskalarını çıxardıqları zaman çox həssas və dostcanlı insan olurlar. 

Yuxarı qalxmış burun - Yuxarı qalxmış burunlar səbirli və təmkinli insanlar olur. Bu xüsusiyyətlərinə görə çox sevilirlər. Onlar dostlarını və yaxınlarını sevindirməkdən zövq alır. İnadçı olmurlar. 

Qısa burun – Qısa buruna sahib insanlar adətən şair ruhlu olur. Özlərinə xas əyləncə və zarafat üslubu var. Hər hansı problemin həllinə çarə tapa bilirlər. Qısa burunlular eyni zamanda başqalarını düşünən olur. Başqalarının əmri ilə oturub-durmurlar. 

Düz burun – Düz və Qədim Yunan tipli burunlu insanlar intellektual biliyə sahib olur. Düz burunlu insanlar öz həmcinslərinə qarşı soyuq davranır. Çoxları səmimi olmur. Bu cür insanlar başqaları tərəfindən sevilməsə də, hörmətli olmağı bacarırlar.

ŞƏRH YAZIN