Sizin qarderobunuz sizdən danışır!

0
1960
Sizin qarderobunuz sizdən danışır!

 Sizin geyindikləriniz, ümumiyyətlə qarderobunuz sizin xarakterlə bağlı çox informasiya ilə doludur. Hər bir geyiminiz sizin kim olduğunuzu açıqca bəlli edir. Hiss etdiyiniz duyğular, şüuraltınız ya da gizlətdiyiniz qorxularınız siz fərqinə varmadan qarderobunuzu ələ keçirə bilər. İzah edəcəklərimizin heç birinin fərqində belə deyilsiniz. Baxın görək sizin qarderobunuz hansı duyğularınızın təsiri altında qalıb.


Qarderobunuz logolu məhsullarla doludursa…

Çantalarınızın, ayaqqabılarınızın, köynəklərinizin üzəri logolarla və ya bir markanın imzası halına gəlmiş naxışlarla doludur. Qısacası geydiyiniz hər şeyin "mən buradayam" deməsindən çox xoşlanırsınız. Bu əslində bir şeylərdən gizləndiyinizin göstəricisi ola bilər. 
 
Mütəxəssislər insanın öz mənliyini ortaya çıxarmaqdansa logoların və simvolların ardında gizlənməsini bir növ özünü sübut etmə səyi olaraq görür. Təbii ki bu bəhs etdiyimiz həddindən artığa qaçanlar, bütün qarderobunu başdan aşağı logolarla dolduranlardır... 

Qarderobunuz geyinmədiyiniz geyimlərlə doludursa…

Uzun müddətdir geyinilməyən və bir daha geyinilməyəcəyi də qəti olan geyimlərin qarderobda tutulması, keçmişə bağlanmanın ən yaxşı nümunələrindən biridir.
 
Mütəxəssislər, keçmişin üzərinə xətt çəkməkdə çətinlik çəkən və davamlı olaraq keçmişdəki xatirələriylə yaşayıb keçmişdəki günləri üçün darıxan kəslərin köhnə geyimlərindən imtina edə bilmədiyini söyləyir. Bu cür kəslərin ümumiyyətlə narahat bir quruluşa sahib olduğu da bir gerçəkdir… Yəni qısacası, hadisələri axışına buraxmağı və bu anda yaşamağı rədd edərək keçmişə batıb qalanlar, eyni şeyi qarderoblarında da tətbiq edirlər.
 
Qarderobunuz etiketini belə qoparmadığınız geyimlərlə doludursa… 

Qarderobda köhnə və geyilməyən geyimləri saxlamaqla, etiketi belə qopmamış yeni geyimləri saxlamaq tamamilə ayrı qiymətləndirilməlidir. Bu tip kəslər keçmişə bağlanıb qalanlar deyil, əksinə gələcəyə istiqamətli bir məqsədi olanlardı, amma bunu reallaşdırma fürsətinə heç cür çata bilməyənlər olaraq xarakterizə edilirlər. Yəni başında bir ideal meydana gətirmiş, lakin bunu gerçəyə çevirə bilməmiş də deyə bilərik.

Bəyəndiyiniz bir köynək ya da şalvarın hər rəngini alırsınızsa… 

Bu söylədiyimiz hər kəsə çox uzaq bir cümlə kimi gəlməyəcək böyük ehtimalla. Hamımızın çox xoşumuza gedən bir geyimin ya da ayaqqabının iki ya da daha çox rəngini alırıq. Buradakı həssas nöqtə bütün qarderobunu bu əkiz paltarlarla doldurub-doldurmadığınızdır… 
 
Əgər şkafınızda bəyəndiyiniz üçün hər rəngini aldığınız çoxlu eyni şalvar, eyni köynək varsa təhlükə zəngləri o zaman çalır deməkdir. Mütəxəssislər buna meyl göstərən kəslərin şəxsi həyatlarında və ya işlərində bir bağlılıqdan və ya dəyişiklikdən qaçdığını söyləyir. 
Qarderobunuz şalvarlarla doludursa. 
 
Paltar geyməyən və seçimini daim şalvardan yana istifadə edən qadınların, şəxsi həyatlarında ya da iş həyatlarında qadınlığını ön plana çıxarmaq istəmədikləri və cinsiyyət bərabərliyinə olduqca əhəmiyyət verdikləri görülər. Köynəyinin iki düyməsini açaraq bir çox şeyi bacara biləcəyini iddia edən qadınların isə əksinə, onlar qadınlığın gətirdiyi üstünlükləri istifadə etmənin səhv olduğunu düşünürlər.

ŞƏRH YAZIN