Solaxaylıq

0
2057
Solaxaylıq

1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarır.  F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı. Halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurur. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsi ilə bağlı mitinqlərə başlayandan sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olur.    Bu hadisə dünya solaxaylarının mubarizə əzmi kimi tarixə keçib. Hal-hazırda bütün dünya hər ilin 13 avqustunda Beynəlxalq solaxaylar gününü qeyd edir. Tarix boyu onlar cəmiyyət tərəfindən normal qəbul olunmayıblar, muəyyən vasitələrlə basqılara məruz qalıblar. Cadugərlikdə, iblislə əlaqədə olmaqda suçlanıblar. Bu günün özündə belə, eyni situasiyalara rast gəlmək mümkündur. 

 

ŞƏRH YAZIN