Şrek Kimdir?

0
4346
Şrek Kimdir?

Şrek deyəndə ilk ağıla gələn cizgi film qəhrəmanıdır. Həm də hər kəsin sevə sevə izlədiyi bir qəhrəman! Bəs əsl Şrek kim olub, bilirsinizmi?

1903-cü ildə Fransada doğulan güləşçi 14 dildə danışa bilib. Anası o dövrün məşhur dil professoru, atası isə dəmir yolu mühəndisi olub.

Söhbət Maurice Tilletdən gedir. Tillet atasını çox gənc yaşlarında itirib. Uşaq olanda mələyi xatırladan üzünə görə “Mələk” deyə çağırılırdı. 1917-ci ildə Tillet və anası inqilab olduğu üçün Rusiyanı tərk edib və Fransaya köçüblər. Tillet 1940-cı ildə ən böyük güləş ulduzuna çevrilib. Görünüşündən fərqli olaraq o, xoşxasiyyət insan olub.

O, 20 yaşında akromelaqiya xəstəliyinə yoluxub. Bu xəstəliyin ən əsəs göstəricisi sümüklərin inanılmaz intensivliklə böyüməsidir. Şrek cizgi filminin Şrek obrazı da məhz bu insanın əsasında canlandırılıb.

“Mələk” ləqəbli Tillet 1951-ci ildə ürək xəstəliyindən vəfat edib.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN