Tarixə damğa vuran qadınlardan sitatlar

0
11687
Tarixə damğa vuran qadınlardan sitatlar

Tarix boyu istənilən sahədə kişilər üstün olub, ən çox kəşfləri kişilər edib. Buna görə də istisna təşkil edən qadınlar daha çox yadda qalıb. Onların arasında siyasətçi, yazar, inqilabçı olanları da var. Bu qadınların sitatları da, ən azı, kişilərinki qədər tarixdə qalıb.

“Tanrı mənə bir qadının zəif bədənini versə də, bir kralın ürəyinə və mədəsinə sahibəm” (I Elizabet)
 
“Ağıllı olub, axmaq görünmək qədər yaxşı bir şey yoxdur” (Aqata Kristi)
 
“Demokratiya ən gözəl intiqamdır” (Bənazir Butto)
 
“İnsanlar vəzifələrini unudub hüquqlarını xatırlamağa meyillidirlər” (İndira Qandi)
 
“Hərəmxana nədir? Mən dünyanı idarə edəcəyəm” (Hürrəm Sultan)
 
“Ən yaxşı müşavirimiz öz hisslərimizdir” (Janna Dark)
 
“Siyasətdə bir sözün deyilməsini istəyirsinizsə, kişiyə müraciət edin. Yox əgər hansısa işin görülməsini istəyirsinizsə, qadına müraciət edin” (Marqeret Tetçer)
 
“İnsanları mühakimə eləsən, onları sevməyə vaxtın qalmaz” (Tereza Ana)
 
 

ŞƏRH YAZIN