Üç Nəfər Bir Pələng Yarada Bilər

0
1780
Üç Nəfər Bir Pələng Yarada Bilər

"Üç nəfər bir pələng yarada bilər" ifadəsi qədim dövrlərdəki gənc, amma təcrübəsiz bir Çin imperatorunun hekayəsindən danışır. İmperatorun ətrafını, dedi-qodular yayaraq və yaltaqlıq edərək sarayda yalnız öz mövqelərini yüksəltməyə çalışan məsləhətçilər və şura üzvləri bürümüşdü. Yalan və riyakarlıq ən üst səviyyədə idi. 

İmperatorun sadiq köməkçilərindən olan qoca bir kişi imperatoru bu qəzəbli və təhlükəli məsləhətçilərdən və məclis üzvlərindən qorumaq istəyirdi. İmperatoru bu mövzuda “necə xəbərdar etmək olar” haqqında uzun müddət düşündü. Sonra imperatora yaxınlaşaraq "Zati Aliləri, bir adam saraya gəlsə və küçələrdə pələnglərin gəzdiklərini söyləsə, buna inanardınızmı?" deyib soruşdu. İmperator heç tərəddüd etmədən: "Elə gülünc şey olar?" deyə cavab verdi. Sadiq köməkçi: "Yaxşı, səhəri gün bir başqası saraya gəlsə və o da küçələrdə pələnglərin gəzdiyini və xalqın bundan qorxduğunu söyləsə, ona inanardınızmı?" deyə soruşdu. İmperator bu suala da "Xeyr!" Deyə cavab verdi, amma bu dəfə bir az şübhələndiyi gözlərindən hiss edilirdi. Sadiq qoca imperatora bir az daha yaxınlaşdı və "Zati Aliləri, üçüncü gün bir başqa adam saraya gəlsə və bütün küçələrdə pələnglərin gəzdiyini söyləsə, bəs onda necə?" deyib təkrar soruşdu. Bu sualdan sonra imperator birdən-birə qaçaraq şəhərin küçələrinin saraydan görünən tərəfinə baxmağa getdi. Çöldə pələng filan yox idi. Hər şey normal idi. Heç bir problem yox idi. Sadiq şura üzvü imperatorun yanına gələrək ona: "Zati Aliləri, görürsünüzmü üç yad insanın sözü belə bizləri yalan, səhv söz-söhbətlərə inandıra bilir”. Bunu yaxınınızdakı insanların və şura üzvlərinin etdiyini düşünün, nəticələri necə olardı? " Bu sözlərdən sonra imperator, o günə qədər məclis üzvlərinin axmaqlıqlarına necə qulaq asdığını, başa düşdü və daha sonra deyilənləri tamamilə araşdırmadan heç bir zaman qərar vermədi. 

İnsanlar ətraflarındakı insanlardan təsirlənirlər. Üç və ya daha çox eyni ictimai dəlil hər hansı bir fərdi təsir altına ala bilər. 

Bu deyimin nəzərdə tutduğu dərs, yalnız dedi-qoduların və pis xəbərlərin çox sürətli yayılması deyil, eyni şeyi söyləyənlərin sayının çox olması halında digərlərinin də onlara inanma ehtimalının yüksək olduğunu görsədməsidir. Eyni şeyi ardıcıl olaraq üç və ya daha çox dəfə eşitmək kifayətdir. Deyilənlərin yalan və ya səhv olması da fərq etmir. Buna "İctimai Sübut" və ya "Çoxluğun Təsiri" deyirik. 

İnsan beyni birinci növbədə sağ qalmağı düşünür, bu formada dizayn olunub. Buna görə də sağ qalmaq üçün sürətli düşünməyə ehtiyacı var. Dövrümüzdə zaman çox dəyərli olduğu üçün beynimiz bütün qərarlarını sürətli şəkildə almaq məcburiyyətində qalır, buna görə də özünə standart qısa yollar yaradır. Bu bir müddətdən sonra yalnız sağ qalmaq üçün istifadə edilən yol deyil, hər zaman müraciət edilən bir qısa yol olmağa başlayır. Beynin şərtlənmiş davranışlarını bilən insanlar və satıcılar, bu məlumatları digərlərini razı etmək üçün və ya məhsul satmaq üçün asan istifadə edərlər. Hətta cəmiyyəti müəyyən bir mövzuda eyni düşünməyə sövq etmək üçün alimlər və siyasətçilər tərəfindən də manipulyasiya üsulu kimi istifadə edilir. 

Əvvəl cəmiyyətin nə düşündüyünə və nə etdiyinə niyə dəyər veririk mövzusunu bir düşünək. Bunu ən yaxşı izah edən atalar sözü budur: "Sürüdən ayrılanı qurd qapar!" Bu, həqiqətən də sağ qalmaq istəyən və təhlükəsizlik axdaranlar üçün əhəmiyyətli olan ifadələrdən biridir. Beyin bu və buna bənzər təsirlərdən dərs götürüb sağ qalmaq üçün sürətli qərar vermək məqsədiylə özü üçün bir çox qısa yollar yaradır. Bu qısa yollardan biri də budur: "Qərar verərkən sürünün nə etdiyinə da baxmalısan!". Bu şüuraltımızda baş vermiış bir şərtlənmə olaraq hər zaman müraciət etdiyimiz qısa yollardan biridir. Bu "İctimai Sübut" və ya "Çoxluğun Təsiri"- nin özüdür. 

Şübhəsiz, "İctimai Sübut" və ya "Çoxluğun Təsiri" hər zaman doğru yol olmur, insanın hər zaman müraciət etdiyi bir qısa yol da deyil. Keşiş Jim Jones tərəfindən qurulmuş "Peoples Temple (Xalqın məbədi)" adlı dini təriqətə üzv olan və digər insanlardan təcrid edilmiş olaraq yaşayan 908 Amerikan vətəndaşının 18 noyabr 1978-ci ildə Guyanada toplu şəkildə intihar etməsi, digərlərinin nə etdiyinə baxaraq hərəkət etməyin nə dərəcədə yanlış  olduğunu göstərən bir haldır. Bu 908 Amerikalı beynin özü üçün qurduğu qısa yollarından ikisinə müraciət etmişdi. 

Birincisi zəhər içərək intihar etmələrini söyləyən inandıqları və liderləri olan Keşiş Jim Jones idi. Onlar keşişin səhv bir söz deyə biləcəyini düşünmürdülər, ona inanırdılar, axı o nüfuslu bir insan idi. 

İkincisi birlikdə yaşadıqları digər təriqət üzvləri könüllü sıraya girib, zəhər içib yanlarında bir bir ölürdülər. Əksəriyyətin nə etdiyini görən beyin çaşır və sürətli düşünmək üçün meydana gətirdiyi qısa yola müraciət edir, özünə "Sürüdən ayrılanı qurd qapar!" deyir. Beləliklə özləri də bilmədən şərtlənmış qısa yolun tələsinə düşürlər.

Beyin hər zaman "İctimai Sübut" qısa yoluna müraciət etmir. Ancaq bilmədiyiniz, özünüzdən əmin olmadığınız, analiz edə bilmədiyiniz, anlamaqda çətinlik çəkdiyimiz naməlum vəziyyətlərdə bu qısa yola müraciət edir və digərlərinin düşündüklərini və hərəkətlərini düzgün qəbul edir. 

Ümid edirəm ki, bu məlumatlar satıcıların, alimlərin və siyasətçilərin əllərində 18 noyabr 1978-ci ildə 908 adama zəhər içirdən kişinin istifadə etdiyi kimi, öldürücü məqsədlə üçün istifadə edilməz.

ŞƏRH YAZIN