Uğurun Simvolu - Dörd Yarpaqlı Yonca!

0
3430
Uğurun Simvolu - Dörd Yarpaqlı Yonca!

Dörd yarpaqlı yonca tapmaq uğur gətirir,çünki sıradan uinsanların qarşısına sadəcə üç yarpaqlı yoncalar çıxar.Sadəcə şanslılar dörd yarpaqlı yonca tapa bilər. 
Hazırda uğurun,şansın simvolu olaraq qəbul edilən dörd yarpaqlı yonca ilə bağlı inanışların kökündə onun pisliklərdən qoruyan sehirli gücü dayanır.Şans gətirəcəyinə inanılan dörd yarpaqlı yoncanın hər yarpağı bir şeyi simvolizə edir: birinci yarpaq ümidi; ikinci yarpaq imanı; üçüncü yarpaq sevgini; dördüncü yarpaq isə şansı.
Bir çox mənbələrdə də dörd yarpaqlı yonca uğur simvolu olaraq qeydə alınıb.Xristianlıqda Həvvanın cənnət bağında əlində dörd yarpaqlı yonca ilə gəzişdiyinə inanılır.Dörd yarpaqlı yonca ilə bağlı bir sıra miflər mövcuddur
Bir inanca görə,Druid adı verilən bir toplum Günəşə sitayiş edər və ildə bir neçə dəfə meşədə yığışaraq öz rituallarını həyata keçirərdilər.Bu zaman onlar aralarında baş verən anlaşılmazlıqları həll etməyə çalışar, gələcəkdə baş verə biləcək pis hadisələrin qarşısını almaq üçün insan qurban edərdilər. 
Qurban seçərkən daha çox günahkar insanlara üstünlük versələr də,bəzən günahsızların da qurban edilməsi halları olurdu.Druidlərin inancına görə,qurban edilən şəxs bu yolla günahlarından təmizlənir və günahsız körpə olaraq yenidən dünyaya gəlir.
Druidlər həmçinin,dörd yarpaqlı yoncaya xüsusi önəm verər,onun ailə içində firavanlıq yaratdığına inanardılar.Dörd yarpaqlı yonca sahibinə pis əxlaqlı insanları,şeytanı görmə istedadı bəxş edər və bu tip varlıqlardan özünü qorumağa kömək edərmiş.Qurbanetmə ritualından öncə yoncanın bu gücündən istifadə edərlərmiş.Dördyarpaqlı yoncanı tapan şəxs qurban edilməzmiş.Təbiətdə çox az tapılan dörd yarpaqlı yonca sahibinə şans gətirdiyinə inanc da burdan qaynaqlanmışdır.
Bu,sadəcə,bir əfsanə olsa da,insanlar hələ də çətin tapılan dörd yarpaqlı yoncanın axtarışındadırlar.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN