Unutqanlığa qalib gəlin!

0
2289
Unutqanlığa qalib gəlin!

 Son dövrlərdə hər kəsdə demək olar ki, yaddaş zəifliyi müşahidə olunur. Bəs əgər bu davamlı hal alırsa və sizin bütün planlarınızı alt üst edirsə, o zaman çarəsinə baxmaq lazımdır. 


Mütəxəssislər yaddaş zəifliyini aradan qaldırmaq üçün bir neçə məsləhət görür. 

Yabanı mərsin bitkisi və qoz unutqanlığı aradan qaldıran vasitələrdən biridi.
 
Lesitin və B vitamini ilə zəngin olan yumurta beyni qidalandırmaqla yanaşı unutqanlığı da aradan qaldırır.
 
Acı şokolad beyində qanın dövranını sürətləndirən vasitələrdən hesab edildiyi üçün yaddaşın möhkəmlənməsinə də kömək edir.
 
Omeqa üç tərkibli yağlı balıqlar yaddaş zəifliyini aradan qaldırır. Yağlı balıqları bişirərkən qızardılmaması da önəmli nüanslardan biridi.
 
Yaşıl çay antioksidan tərkibli olması ilə yanaşı yaddaşın möhkəmlənməsinə də kömək edir.

ŞƏRH YAZIN