Üstü Açılmayan Sirlər!

0
3764
Üstü Açılmayan Sirlər!

1 – Bәdәn, Zehin әlaqәsi

Bir әfsanәyә çevrilәn Plasebo zehinlә bәdәn arasındakı әsrarәngiz әlaqәnin әn sadә sübutudur. Bu әlaqә özünü belә göstәrir. Belә ki saxta, yәni әslindә dәrman olmayan bir mәhlul atdığından xәbәrsiz olanlar, dәrdlәrinә dәrman olacaq bir preparatı atdığını fikirlәşәrәk özlәrini daha yaxşı hiss edirlәr. Üstәlik әlaqә bununla bitmir, tibbi araşdırmalarda da düzәliş göstәrilir. Plasebo­ya baxanda insan istәr istәmәz zehin nәyә inanarsa, bәdәnin dә onu yaşadığına hökm gәtirir. Bәzi alimlәr zehinin kömәyi ilә bәdәnin özü özünü sağaldabilmә qabiliyyәtinin müasir tibbin yaradabilәcәyi bir möcüzәdәn qat­qat üstün olduğuna inanırlar.

2 – Ruhlar

Ruhların varlığı haqqında ciddi bir sübut yoxdur hәlәki, onları gördüyünü, onlarla söhbәt etdiyini, onların şәkillәrini çәkdiyini söylәyәn çoxlu insanlar var. Ancaq elm hәlәki bu varlığı sübuta yetirmәyib.

3 – Dejavu

Fransız bir kәlimә olan deja­vu Azәrbaycan dilinә çevirәndә daha öncә görülmüş mәnasını verir. Açıqlamaq istәdiyi mәna isә budur: Xüsusi bir xatirә olaraq düşünülür vә nә vaxtsa bu hadisәni görmüş olduğunuzu hissetmә halıdır. Hәrkәsin hәyatında bir vә ya bir neçә dәfә yaşadığı bu hiss, tәәccüblü, anlaşılmaz sehirli vә tükürpәdicidir. Alimlәr deja­vu ilә әlaqәdar bәzi açıqlamalar vermәyә çalışsalar da bu sehirli hissin sәbәbi hәlә dә sirr olaraq qalır.

4 – Taos uğultusu

ABŞ-­ın New ­Mexico әyalәtindә yerlәşәn kiçik Taos şәhәrini ziyarәt edәn bәzi turistlәr vә vәtәndaşlar illәrdir çöl sahәlәrindә sehirli, gücsüz, sakit bir sәsә sahib olan bir uğultu vә titrәşim eşitdiklәrini deyirlәr. Bu sözlәri deyәnlәr Taos vәtәndaşlarının sadәcә 2%­ini tәşkil edir. Bәzilәri bu sәsin çöldә havanın yaradacağı bir sәs, bәzilәri isә bunun uğursuz bir sirr olduğuna inanırlar. Eşidilәn bu sәsә istәr vızıltı istәr uğultu, istәr titrәyiş istәr psixolojik, istәrsә dә sirr olduğuna inanın. Haqqında bilinәn bir həqiqət var: O da indiyә kimi heç kimin bu sәsin kökünün harda olduğunu bilmәmәsidir

5 – Psixi güc (Vergi verilmәsi)

Hәm şәrq­dә, hәm dә qәrbdә bir sıra insanlar psixi güclәrә inanırlar. Bu günә kimi psixi güclәri olduğunu deyәn insanlar alimlәr tәrәfindәn test ediliblәr. Hәr dәfә dә ya heçnә edә bilmәyiblәr, ya da ediblәrsә nәsә şübhәli qalıbdır. Altıncı hissin gücünә inanan adamlar hәlә tam dәqiqliyi ilә bu hissin sübutunu elmә aça bilmәyiblәr.

6 – Uzaqgörәn

Psixoloqlar bu hissi açıqlayanda insanlar zehinsәl, fәrqindә olmadan әtrafımızdakı dünya haqqında mәlumat topladıqlarını deyirlәr. Bu şәkildә biz әslindә sadәcә görünüşdә bilmәdiyimiz bәzi şeylәri bilir ya da hiss edirik.

Ancaq sözügedәn mәlumatlar zehnimizin dәrinliklәrindә yaşadığı üçün bunun necә olduğunu heç cür anlaya bilmirik.

7 ­ - Ölümdәn sonrakı hәyat

Hәyatlarında bir dәfә kliniki ölüm keçirmiş insanların bәzilәri qaranlıq bir tuneldә yol alıb sonda isә ağ bir işığa qovuşduqlarına dair hekayәlәr danışırlar. Bu fikirlәr son dәrәcә tәsiredici olmaqla bәrabәr tәәssüf ki hәlә heç kim o birisi tәrәfdәn әlindә bir sübut ilә ya da doğrulanacaq bir mәlumatla geri dönmәyi bacarmıyıb.O biri dünyaya şübhә ilә baxanlar sözügedәn mövzunun travma keçirmiş bir beynin bir sıra xәyallar gördüyünü qeyd edirlәr. Bunun üçün dә bu da hәlә dә sirr olaraq qalır.

8 – Uçan boşqablar

Bәli uçan boşqablar var, çünki dünyanın hәr yerindә göyüzündә nә olduğu bilinmәyәn bir sıra obyektlәr göründüyünü söylәyәn insanlar var. Amma bu obyektlәr әslindә bir tәyyarәmidir, meteormudur, yoxsa hәqiqәtәn dә mars­lıların icad etdiyi son model bir kosmos gәmisimidir. Heç cürә sirri açılmır.

9 – Әsla tapılmayan itgin düşmüşlәr

İnsanlar bәzәn itirlәr. Bәzilәri yaşadıqları hәyatdan qaçır, bәzilәri bilinmәyәn qәzalarda itib gedir, bәzilәri cinayәt qurbanı olur. İtgin düşәnlәr ölü ya da diri tapılır, ancaq insanlar da vardır ki, sanki yer yarılır içinә girirlәr, buxarlaşırlar. 1872-­ci ildә Portuqaliya yaxınlarında tapılan ruh gәmisi Marie Celeste­nin komandası, Amerika işçi lideri Jimm Hoffa bu şәkildә itgin düşәnlәrdәn sadәcә biridir.

10 – Böyük ayaq

Bu sirr dә Amerikadan .. Yeni qitәdә illәr boyunca insana bәnzәyәn çoxlu tükü olan, çox iri Böyük Ayaq adlı bir varlıq gördüyünü söylәyәn saysız hesabsız insanlar var. Bütün qitә әtrafında qeydә alınan söz­söhbәtlәr doğrudursa, әslindә minlәrlә Böyük Ayağın olduğunu demәk olar. Ancaq bu günә qәdәr bu qorxulu varlığa aid bir dәnә dә olsun meyit tapılmayıb. Ortada şәkillәr, video yazıları vә şahidlәrin açıqlamalarından başqa bir şey yoxdu. Görünәn odur ki, Böyük Ayaq da Şotlandiyada varlığı heç cürә sübuta yetirilmәyәn mәşhur Loch Ness heyvanı kimi sehiri kimi dünyadakı yerini qoruyacaq.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN