Xanımlar Bu 5 Kitabı Mütləq Oxusun!

0
8058
Xanımlar Bu 5 Kitabı Mütləq Oxusun!

1. Tiffanidə səhər yeməyi, Trumen Kapote.

Bu maraqlı əsərin dili çox rəvandır. Hətta sizin çox məşğul adam olmağınız belə, "Tiffanidə səhər yeməyi"ni oxumamağınıza bəhanə ola bilməz. Kitab Hollivud komediyalarının klassikasına çevrilən eyniadlı film sayəsində populyarlıq qazanıb.

2. Küləklə sovrulanlar, Marqarett Mitçell.
 
Bu, güclü bir qadının gözəl hekayəsidir. Kimsə Skarletti sevmir, kimsə həddindən artıq sevir... Bir sözlə, ona laqeyd yanaşmaq mümkün deyil. "Küləklə sovrulanlar" da Skarlet kimidir. Əsərdəki hadisələr çılğın sevgi və nifrətin fonunda baş verir.

3. Lolita, Vladimir Nabokov.
 
Bu kitaba laqeyd qalan adam çətin tapılar. Siz ya oxuduqlarınıza təəccüblənəcək, ya da xəstə bir adamın yazdığı kitabın hər səhifəsini vərəqlədikcə hiddətlənəcəksiniz. Bütün hallarda məşhur "Lolita"nı hər bir qadın oxumalıdır.

4. Master və Marqarita, Mixail Bulqakov.
 
Əsəri şərh etməyə ehtiyac yoxdur. "Master və Marqarita" klassikadır. Bu mistik və sirli əsər rus ədəbiyyatının böyük mirasıdır.

5. Var olmağın dözülməz yüngüllüyü, Milan Kundera.
 
Bu əsər çoxlarına qəribə görünəcək. Ancaq həyatda çox şeyə adi yanaşmaq və hər şeyin sadə olduğunu anlamaq üçün mütləq bu əsəri oxumalısınız. Kunderanın qələmi sayəsində siz kişi psixologiyasını anlayacaqsınız.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN