Yalana Daha Çox Kimlər Müraciət Edir?

0
2169
Yalana Daha Çox Kimlər Müraciət Edir?

Rusiyalı alimlərin apardıqları bir araşdırma ilə daha çox hansı cinsin nümayəndələrinin yalana üz tutduqları müəyyən olunub.

Beləliklə, məlub olub ki, kişilərin əksəriyyəti yalan danışmağı düzgün saymır və münasibətlərin qorunub saxlanılmasında yalan danışmamağı vacib hesab edirlər.

Sorğuda iştirak edən hər 4-cü nəfər (26%) düşünür ki, nəyinsə naminə yalan danışmaq olar.

Ailə həyatı qurmayanlar arasında isə bu göstərici 23% təşkil edir.

Bir fakt da diqqəti çəkib. Kişilər qadınlara nisbətən daha tez-tez yalan danışır. Kişilər konfliktlərdən qaçmaq üçün yalan danışırlar.

Qadınlara gəlincə onların yalanı zərərsiz adlandırılır. Adətən onlar xırda məsələlərə görə yalan danışırlar.

Ən düzgün insanlar isə 23 yaşlılar hesab olunur. Onlar əmindirlər ki, şirin yalandansa, acı həqiqət yaxşıdır. Lakin şəffaf düzgünlüyün qeyri-mümkünlüyünü bildirirlər.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN