Yalnız kişilər üçün ...

0
3780
Yalnız kişilər üçün ...

 Xanımların gözəl görsənməsi üçün məsləhətlər çoxdur. Amma bu dəfə bu məqaləmizi yalnız kişilərə ayırdıq. Sizinlə 10 addımda necə yaraşıqlı, krizmatik və cazibədar görünməyin sirlərini bölüşəcəyik. 


1. Dərziniz olsun. Ən yaxşı yerdən aldığınız kostyum belə üzərinizə tam olmaya bilər. Şalvarın boyu qısalacaq, pencək üzərinizə tam oturmalı, qolları daraldılmalı və.s kimi problemlər aradan qaldırılmalıdır. Kostyumun üzərinizdə yaxşı dayanmasının sirri ölçülərinizə uyğun olmasıdır. Buna görə bir dərzinizin olması sizin faydanıza olacaq.

2. Xüsusi istehsal olunan sneaker alın; Qaçış ya da basketbol üçün olan idman ayaqqabılarına sahib ola bilərsiniz amma onları idman edərkən geyinin. Amma həftə sonu idman paltarının altına geymək üçün sadə və klassik bir sneakerə ehtiyacınız olduğunu qəbul edin. Klassik modellər az qala hər şeyin altına çox qəşəng və cool dayanacaq; hətta dəstlərin altına belə.

3. Saata sərmayə qoyun; Kişinin ən əhəmiyyətli hətta tək aksesuarı olan saat şəxsiyyətinin də aynasıdır. Buna görə də mütləq yaxşı bir saata sərmayə qoymalısınız. Polad bir saat həm idman paltarlarla həm də kostyumlarla istifadə edə biləcəyiniz üçün ağıllıca bir seçim olacaq.

4. Corabınızı ayaqqabınıza görə deyil, dəstinizin rənginə görə seçin. Əgər göy dəstinizi qara ayaqqabınızla tamamlayacaqsınızsa, göy corab seçin. Əgər dəstiniz açıq rənglərdədirsə, corabınız dəstinizdən daha tünd rənglərdə, ayaqqabınızdan isə daha açıq tonlarda olmalıdır.

5. İncə qalstuk taxın; Qalstukların enləri incəldi artıq geniş qalstuklara vidalaşmanın zamanı gəldi. Köhnə ənənəvi incə qalstuk modelləri müasir və təcrübəli görünüşün simvolu olacaq.

6. Pulqabınızı incəldin; Qabarıq, qalın pulqabılar artıq geridə qaldı, pulqabılarınızı bir az rahatlaşdırın, gərəksiz vizitkartları, qeyd kağızlarını, atın. Kredit kartlarınız üçün özünüzə incə, qəşəng bir kart pulqabısı ala bilərsiniz və nağd pulunuzu da moneyclipslərə tutdura bilərsiniz. Beləcə həm yükünüz yüngülləşər həm də müasir görünə bilərsiniz.

7. Doğru smokinlə doğru papyon geyin. İki qaydanı unutmamanız lazımdır: Papyonları iti yaxa smokinlərlə, qalstukları isə normal yaxalarla istifadə edin. Həmçinin necə qalstuk taxsanız, mütləq dəstinizin parçasına uyğun olmasına diqqət edin, məsələn atlas bir dəst geyirsinizsə, qalstukunuzun da atlas olmalıdır. Elegant və klassik bir görünüş üçün qalstuklarda qara rəngdə seçin.

8. Dərhal hər şeylə qəhvəyi ayaqqabı geyinin; Qara bir paltarı qara bir ayaqqabı ilə tamamlamaq asandır ancaq qəhvəyi daha diqqət çəkici və müasir görünər. Qəhvəyi ayaqqabılar, göy və boz rəngli dəstlərlə mükəmməl görünər.

9. Nə vaxt qıvıracağınızı bilin; Ancaq klassik tərzdən imtina edə bilmirsinizsə batareyasılı modelləri seçin. Və batareyasılılarla stil sahibi görünmək üçün də paçanızı ən çox 2-3 santimetr qıvırıb geyin.

10. Atleti xatırlayın; Əgər kətan və ya incə parçalı, ağ bir köynək geyəcəksinizsə, içinə atlet geyməyin ancaq tükləriniz çoxdursa və bu görünüşdən narahatsınızsa içinə velosiped yaxa bir atlet geyə bilərsiniz. V yaxa atletlərin xəttləri köynəyinizin içindən görünə bilər bu da çox xoş dayanmaz. Əgər V yaxa atlet geymək istəyirsinizsə incə parçalı, içi göstərən köynəklər yerinə qalın parçaları seçin.

ŞƏRH YAZIN