Yaponların Arıq Qalma Sirri

0
4657
Yaponların Arıq Qalma Sirri

Harvard Universitetinin apardığı araşdırma nəticəsində maraqlı fakt üzə çıxıb. Belə ki, araşdırma nəticəsində dünyada piylənmə və şəkərli diabet xəstəliyi olmayan yeganə ölkə Yaponiya seçilib. Bəs, görəsən bunun sirri nədir? Yaponiya əhalisinin bir qismi ömürlərinin 96%-ni standart çəki ilə başa vururlar. Buna səbəb kimi isə onların qidalanmasının rejimli olması göstərilir. Əksər yaponlar gənc və zəif görünürlər. Alimlər bunun sirrini “yapon dietası” adlandırıb. Yaponiyada artıq çəkili insana rast gəlmək çox çətindir. Amma orada yaşayan insanlar formada qalmaları üçün xüsusi heç nə etmirlər. Formada qalmanın yapon resepti  Yaponiyada yeməklər hazırlanarkən ona tərkibindəki kalorini məhv edəcək ədviyyatlar qatılır. Bu ədviyyatların bizim yeməklərə qatdığımız ədviyyatlardan heç bir fərqi yoxdur. Yeganə fərq həmin ədviyyatların eyni zamanda kalori yandırıcısı olmasıdır. Yaponlar gündəlik qida rejimlərini pozmurlar. Onlar yediklərinin normal kalori miqdarını təxmin edir və bu standartdan kənara çıxmırlar. Bununlada onlar ideal bədən ölçüləri ilə dünyada fərqlənirlər. Yapon dietasının faydaları metabolizmanı sürətləndirərək həzmi rahatlaşdırır. Yediklərinizin kalorisini bir yerə toplayaraq vücuddan atılmasına köməkçi olur. Artıq çəki yarada biləcək yağların bir yerə toplanmasının qarşısını alır. Kilo atmanızı asanlaşdırır. Yeməklərinə əlavə etdikləri ədviyyatın tərkibində olan E vitamini sayəsində onların ömrü uzanır və gənc qalırlar. Qeyd edək ki, “yapon dietası” ilə həyat tərzi sürənlər daha təbii, gözəl və qırışsız üzə sahib olurlar.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN