Yasaq edilmiş 15 böyük kitab

0
7711
Yasaq edilmiş 15 böyük kitab

İngiltərənin “Teleqraf” qəzeti tarix boyunca müxtəlif bəhanələrlə qadağan edilmiş məşhur kitabları bir yerə toplayıb.


1. “Lolita” - Vladimir Nabokov   1955-ci ildə çap olunan romanda orta yaşlı bir kişi ilə 12 yaşlı qız arasındındakı yasaq sevgi münasibətlərindən bəhs olunur. Kitab bu gün XX əsri çox gözəl xarakterizə etsə də, o dövrdə İngiltərə Daxili İşlər Nazirliyi Gömrük İdarəsi rəsmilərinə kitabın ölkəyə daxil olan bütün nüsxələrinin ələ keçirilməsi əmrini vermişdi. Bu qadağa 1959-cu ilə qədər davam etdi. Daha sonra kitabın təkrar nəşri böyük səs-küyə səbəb oldu və kitabın çap olunduğu nəşriyyatın həmtəsisçilərindən olan siyasətçi Nigel Nikolsonun nüfuzunun aşağı düşməsinə gətirib çıxardı.  
 
2. “Uliss” - Ceyms Coys   Coysun bu epik romanı müasir ədədbiyyatın ən önəmli əsərlərindən biri hesab olunsa da, ABŞ-da bu kitab 1922-ci ildə məhkəmənin qərarı ilə zərərli olduğu əsas gətirilərək qadağan edilib. Bu qadağa 1933-cü ilə qədər davam edib. Kitab ilk dəfə Parisdə çap olunub, yazarın vətəni İngiltərədə isə 1930-cu ilə qədər yasaq kitablar siyahısında qalıb.  
 
3. “Belle et Bete” - Marsela Lakab   Lakabın “Gözəl və çirkin” və ya “Gözəl və axmaq” kimi tərcümə edilə bilən bu əsəri onun Dominik Straus-Kanla 7 aylıq münasibətlərindən bəhs edir və bəzi məhrəm məqamları özündə əks etdirir. Lakab mətndə adını çəkməsə də, əslində əsərin qəhrəmanının keçmiş İMF prezidenti olduğunu açıqlamışdı. Fransız məhkəməsi kişi qəhrəmanı “donuzların şahı” adlandıran kitabın qadağan olunması tələbini rədd etsə də, Straus-Kan Lakab və kitabı çap edənlərdən 50 min avroluq təzminat almağı bacarıb.  
 
4. “Casus ovçusu” - Piter Rayt   Raytın özünün Mİ5-də casus ovçusu olaraq xidmət etdiyi dövrdə şahidi olduğu cinayət planlarından, CİA-nın iştirakı ilə təşkil olunan sui-qəsdlərdən və qeyri-etik məlumat toplama texnikalarından bəhs etdiyi kitabı İngiltərə təhlükəsizlik təşkilatının sirlərini ortalığa çıxarmışdı. Bu baxımdan kitab 1987-ci ildə İngiltərə höküməti tərəfindən qadağan edilsə də, İsveçrə və Astraliyada 2 milyon nüsxə ilə satılıb.  
 
5. “Vəhşi qu quşları” - Yunq  Çanq   Yunq Çanq  ailəsindəki 3 nəsil qadının dili ilə bəhs etdiyi ailə xatirələri, qərbli oxuculara Maonun Kommunist Partiyasının sərt idarəsi və Çinin sosial həyatını əks etdirən ilk kitab olub. Kitab 1991-ci ildə Çində qadağan edilsə də, 13 milyondan yuxarı satışla indiyə qədər ən çox satılan ədədbiyyatdankənar kitab kimi tanınır.  
 
6. “Ledi Çatterleyn aşiqi” - D.H.Laurens   Laurensin qadağan olunmuş sevgi münasibətlərindən bəhs edən bu cəsarətli romanı çap olunduğu 1928-ci ildən sonra İngiltərədə qadağan edilmiş və yalnız 1960-cı ildən sonra çap olunmaq hüququ qazanıb. Kitab müstəntiqin “bu kitab arvadınızın, yaxud xidmətçinizin oxumağına raı olacağınız bir kitabdırmı?” sualına şahid olan məhkəmə işindən sonra çap olunduğu ilk gündə 200 min nüsxə ilə satılıb.  
 
7. “Qərb cəbhəsində yenilik yoxdur” - E.M.Remark   Birinci dünya müharibəsini yaşayan bir yazarın qələmə aldığı və müharibənin dəhşətlərini əks etdirən bu roman 1933-cü ildə alman hərbi dəstələrini mənfi şəkildə təsvir etməsi əsas gətirilərək qadağan edilib. Lakin buna baxmayaraq, roman bu gün də Birinci Dünya müharibəsindən bəhs edən ən önəmli və məşhur əsər olaraq qalmaqdadır.  
 
8. “Doktor Jivaqo” -  Boris Pasternak   Paternakın Rusiyanın bolşevik inqilabından sonrakı dövrünü əhatə edən bu romanı Sovet hakimiyyəti tərərfindən 1988-ci ilə qədər yasaq kitablar siyahısında olub. Kitabın Bolşevik partiyasına dair açıq tənqidləri ona qarşı elə bir düşmənlik yaradıb ki, SSRİ vətəndaşlığından məhrum edilməklə hədələnən Pasternak 1958-ci ildə ona verilən Nobel ədədbiyyat mükafatından imtina etməyə məcbur olub.  
 
9. “Oz şəhərinin cadugəri” - Frenk Baum   “Oz şəhərinin cadugəri” çoxumuza məsum nağıl kimi görünsə də, əsərin qadın qəhrəmanı, cadugərlər, uçan meymunlar kimi “dinsiz” obrazların təhkükəli dəyərlər aşıladığı hesab edilərək 1930 və 1950-ci illərdə iki dəfə qadağan edilib.  
 
10. “1984” - Corc Oruell   Corc Oruellin bu əsəri bütün insani fəaliyyətlərin nəzarət altında olduğu, azad düşüncənin təzyiq altında saxlandığı anti-utopik gələcək təxəyyülü, “Amerika Kitabxanalar Birliyi” tərərfindən isə totlitar rejimlər və senzurayla bağlı xəbərdarlıq kimi qiymətləndirildiyi üçün qadağan edilib. Komunizm tərəfdarı kimi bilinən kitab əslində onu tənqid etməsi üzündən keçmiş SSRİ-də də qadağan edilib.  
 
11. “Anna Frankın gündəliyi” - Anna Frank   Yeniyetmə yaşındakı bir alman qızın nasistlərdən gizləndiyi və sonra Belgen Belsen düşərgəsində yaşadığı günləri qələmə aldığı gündəlik 1952-ci ildən, yəni ilk çap olunduğu dövrdən bu günə qədər 60 dilə tərcümə olunub və 30 milyon nüsxəylə satılıb. Kitabda yəhudilər müsbət şəkildə təsvir olunduğundan Livanda qadağandır.  
 
12.”Şeytan ayələri” - Salman Rüşdi   Rüşdinin Məhəmməd peyğəmbərin həyətından təsirlənərək yazdığı kitabın nəşrindən sonra Ayətullah  Xomeyni onun İslamı təhqir etdiyini söyləyib və Rüşdinin ölümünə fətva verib. Bundan başqa İngiltərədə kitabın olduğu kitab evləri bombalanıb, kitabın yapon tərcüməçisi öldürülüb, italyan tərcüməçisi bıçaqlanıb, norveçli naşir isə silahlı hücuma məruz qalıb.  
 
13. “Qoing Klear” - Laurens Rayt   Laurens Raytın Sayentologiya təriqətinin iç üzünü açdığı kitabı bir başa qadağan edilməsə də, İngiltərədəki “Transvörld” nəşriyyatı hüquqi dəyərləndirmə apardıqdan sonra kitabın İngiltərədə çapından imtina edilmışdi.  
 
14. “Mənim mübarizəm” - Adolf Hitler   Hitlerin bütün dünyada milyonlarla satılan avtobioqrafik kitabı 1945-ci ildən Almaniyada qadağan olunub. Kiataba bütün dünyada bir çox məhdudiyyətlər və qadağalar qoyulub. Məsələn, Polşada bu kitab 1992-ci ilə qədər qadağan olub, Argentinada isə kitabın çapı və ölkəyə gətirilməsi hələ də qeyri-qanuni hesab olunur.  
 
15. The Well of  Loneliness - Radclyffe Hall   İlk dəfə 1928-ci ildə nəşr olunan romanda varlı bir qadının bir başqa qadına qarşı duyduğu sevgidən bəhs olunur. Sonradan isə əsərin avtobioqrafik xarakter daşıdığı qəbul olunub. Kitabda öpüşmə xaricində bir ünsür olmasa da, insanları “yoldan çixaracağından” ehtiyat edilərərk qadağan edilib. 1949-cu ildən yenidən çap olunan kitab milyonlarla nüsxə satılıb.
 

ŞƏRH YAZIN