Yaxşı Dost Kimlərdir?

0
2116
Yaxşı Dost Kimlərdir?

Sizcə qadınlar yoxsa kişilər daha yaxşı dost olmağı bacarır? Kim öz seçdiyi dosta pis deyər ki?! Amma aparılan araşdırmaların nəticəsinə görə zərif cinsin nümayəndələri dost seçiminə daha ciddi yanaşır
Qadınlar dostluğu kişilərdən yaxşı bacarır. Britaniyada aparılan araşdırma qadınların kişilərdən daha yaxşı dost olduğunu üzə çıxarıb. Araşdırma britaniyalı qadınların təxminən 1/4-nin uşaqlıqdan dostluq etdiyi ilk şəxslə yaxın əlaqələri qoruyub saxladığını göstərib. Hər 4 belə münasibətdən 1-nin orta məktəbdən başladığı da müəyyən edilib.
Məlum olub ki, hər 10 qadından 3-ü orta məktəbdən tanıdığı dostları ilə əlaqə saxlayırsa, kişilər arasında bu, hər 10 nəfərdən 2-nə şamil oluna bilər. Tədqiqatçılar bildirir ki, bu, kişilərlə müqayisədə qadınların dost seçiminə daha ciddi yanaşmasını göstərir.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN