Yuxu ...

0
2237
Yuxu ...

Yuxu ilə bağlı yalan doğru çox məlumatlar gəzsə də yuxu ekspertləri bu sahədəki bütün əfsanələri aydınlaşdırdılar. 
"Yaş artdıqca insanlar daha az yatmalıdır"
Bu heçdə tamamilə belə deyil. İnsanlar yaşdaşdıqca onlarda yuxusuzluq problemləri başlayır. Yaşlı insanlara az yatmaq lazım deyil, çünkü yaşlı insan orqanizmin tələbi ilə onsuzda az yatır.
"Gecə yuxusuzluğunu əlavə yatmaqla əvəzləmək olar"
Xeyir, gecə yuxusunu heçnə ilə əvəzləmək olmaz. Əgər siz 6-7 saatdan az yatırsınızsa, siz bununla öz ömrünüzü kiçildirsiniz. Gündüz yuxusunu isə günorta saatlarında 13:00-15:00 arasında, 15-20 dəqiqəyə öldürmək olar, istirahət günlərindəki bitməz yatmaqlar isə orqanizmə kömək etmir.
"Yuxudan əvvəl fiziki hərəkətlər yuxunu daha dərin edərlər"
Tam tərsi baş verəcəkdir. Orqanizm qızışacaq və siz uzun müddət yata bilməyəcəksiniz. İdeal o zaman olar ki, idman və yuxu arasında ən azı 3 saat ara olsun.
"Yuxudan əvvəl yemək, pis yuxu görməyə səbəb olacaq"
Qida ilə yuxu görmələrin heç bir bağlantısı yoxdur. Lakin yatmamazdan əvvəl yeyən zamanı, bütün gecə həzm prosesi sizi rahat yatmağa qoymayacaq.
"Gecənin bir yarısında oyansanız, təzədən yatmaq üçün isti süd içmək lazımdır"
İsti südün tərkibində triptofan adlı aminoturşu var. Süd orqanizmi rahatlaya bilər, lakin elmi nöqteyi nəzərdən, süd yuxu üçün heç bir əhəmiyyət kəsb etmir.
"Qorxulu yuxu nəticəsində dünyamızı dəyişə bilərik"
Dünya alimləri bunun heç bir sübutunu tapmayıblar. Rahat yata bilərsiniz.
 
 
 
 
Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN