Yuxular stressi azaldır?

0
1728
Yuxular stressi azaldır?

 Sən demə, yuxular insanın acısını unutdurur. Bəli bəli. İnsan yatdığı zaman stressi qismən də olsa azalır. 


Kaliforniya Universiteti alimlərinin keçirdiyi təcrübə ilə müəyyən olunub ki, yuxu insanda olan ağrını unutdurur. Nəticələr “Current Biology” jurnalında dərc olunub. Belə ki, sınaq zamanı könüllülərdən iki qrup yaradılıb, onlara üzücü videolar izlətdirilib. Bu zaman isə onların beyinlərinin tomoqrafiyası çəkilib və beyinlərinin hansı hissəsinin fəaliyyətə keçdiyi müşahidə edilib.

Hər iki qrupa eyni görüntülər 12 saatdan sonra təkrar göstərilib və yenə beyin tomoqrafiyası çəkilib.

Gecə yatdıqdan sonra görüntüləri təkrar izləyənlərin beyinlərində hisslərlə bağlı olan hissədəki fəaliyyət digərlərinə nisbətən azalıb, o biri yatmayanlarda isə əksinə olub.

Elm adamları yuxunun stresslə əlaqədar olan noradrenalin hormonunu azaltdığını deyir.

ŞƏRH YAZIN