Zəhərli İlanlar

0
8661
Zəhərli İlanlar

Zınqırovlu ilan zəhərli ilandır. Quyruğunun ucunda dərin buğumlar vardır. Hərəkət zamanı buğumlar bir-birinə sürtünərək güclü səslər çıxarır. Ən zəif istini hiss edir. Buna görə də gecələr asanlıqla siçanları tapa bilir. Meksikalılar zınqırovlu ilana müqəddəs heyvan kimi baxırlar. Həmin ilanla rəqs edirlər ki, yağış yağsın.


Zəhərli ilanlar əsasən Hindistanda, Cənubi Amerikada və Afrika ölkələrində yayılmışdır. Zəhərli ilanların üst çənəsində (ön tərəfində) iki ədəd üstü pərdə ilə örtülü diş olur. Zəhərsiz ilanlarda yalnız kiçicik dişciklər olur.


Zəhərli ilanların bədəni uzun, quyruğu qısa olur. Zəhərsiz ilanların bədəni tədricən quyrüğa keçi rvə quyruğu iti olur.
Zəhərli ilanların başında kiçik və qabarıqlı pulçuqlar olur, bəzilərində bu pulçuqlar iri olur.
Zəhərli ilanlar öz ovunu dişləməklə öldürür. Zəhərsiz ilanlar isə öz ovuna sarınıb sıxıb öldürür.
Zəhərli ilanların əksəri diri bala doğur (yalnız gürzə yumurta qoymaqla çoxalır).
Zəhərli ilanlar su heyvanlarını yemir. Zəhərsiz ilanlar su heyvanları, qurbağa ilə qidalanır.
Zəhərli ilanların əksəriyyəti tənbəl, az hərəkətli olur, zəif sürünür, tullanmır.
Zəhərsiz ilanlar parlaq və rəngbərəng olur.
Zəhərli ilanlar insan olan yerdən uzaqda olur (müstəsna hallarda başqa evə toyuq hininə girə bilir). Zəhərsiz ilanlar insan olan yerlərdə yaşayır.
Zəhərli ilanlar dişlərini dəyişir. Zəhərsiz ilanlar isə dişlərini dəyişmir.
Zəhərli ilanlar dişlədiyi yerdə iri dişin izi qalır, zəhərsiz ilanlarda isə dişciklərin yeri çox olur.

ŞƏRH YAZIN