Zərərli Vərdişlərimiz!

0
2208
Zərərli Vərdişlərimiz!

Fərqində olmadığımız bir çox zərərli vərdişlərimiz var. Onlardan biri də yeməkdən dərhal sonra etdiklərimizdir.

Məsələn, yeməkdən dərhal sonra siqaret çəkmək: Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə yeməyin dərhal sonra çəkilən tək bir siqaret, 10 siqaret çəkməyə ekvivalent sayılır. Və bu vəziyyət xərçəngə tutulma riskini artırır.

2. Meyvə yemək: Yeməkdən dərhal sonra yeyilən meyvə mədənizin hava ilə dolmasına səbəb olur.

3. Çay içmək: Yeməyin üstünə çay içmək də sağlamlıq baxımından faydalı deyil. Belə ki, çay orqanizm üçün lazım olan mineralları məhdudlaşdırmaqla bərabər, həzm prossesini də çətinləşdirir.

4. Kəməri boşaltmaq: Yeməkdən sonra kəmər boşaltmaq bağırsaqların düyünlənməsinə səbəb ola bilər.

5. Yerimək: Yeməyin dərhal ardından yerimək qəbul etdiyiniz qidaların həzmə getməsinə mane olur. Yeməkdən təxminən 1 saat sonra yerimək daha faydalı hesab olunur.

6. Hamama girmək və duş qəbul etmək: Yeməkdən dərhal sonra alınan duş, qan axınını əl və ayaqlar istiqamətində çoxaldır. Bu isə həzm sistemi üçün də zərərlidir.

7. Yatmaq: Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin kifayət qədər çalışmamasına, bağırsaq iltihabına və mədə xəstəliklərinə səbəb olur. Bu həm də kökəlməyə gətirib çıxardır.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN