Ağıllı Hesablama

0
3957
Ağıllı Hesablama

İmperator Əkbər xanın saray əyanlarına müxtəlif formada tapmacalar  verməklə onları düşündümək kimi bir adəti vardı.O,tez-tez sirli və ağıllı tapmacalar soruşardı.Bu suallara cavab vermək çox ağıl tələb edirdi.
Bir dəfə o,çox qəribə bir sual verdi.Bütün saray əhli yerində donmuş vəziyyətdə qaldılar.
Əkbər xan saray əhlini oğrun-oğrun nəzərdən keçirirdi.O baxdıqca başlar bir-bir sualın cavabını axtarmaq üçün aşağı düşürdü.Bu vaxtı Birbal sarayın həyətinə daxil oldu.Birbal xanın xasiyyətini bilirdi,ona görə də girən kimi vəziyyəti tutdu və soruşdu:"Mən sualı öyrənə bilərəm beləlikə mən cavabı tapa bilərəm?"
Əkbər xan dedi:"Bu şəhərdə nə qədər qarğa var?"
Bir anlıq da olsa fikirləşmədən Birbal cavab verdi:"5589 qarğa var,xan".
"Sən bundan necə əmin ola bilərsən?" Əkbər xan soruşdu.
Birbal dedi:Adamlarınızı göndərib saydırarsız.Əgər say çox çıxsa deməli,bəziləri bura qohumlarına baş çəkməyə gəlib.Yox əgər bu saydan azını tapsalar, deməli bəziləri burdan başqa bir yerə qohumlarına baş çəkməyə gedib.
Əkbər xan Birbalın bu ağıllı cavabından xeyli razı qaldı.
 
Nəticə: Ağıllı bir cavab onun məqsədinə ximət edəcək.
 
Tərcümə etdi:Ülviyyə Salahova
 
 

ŞƏRH YAZIN