Ağıllı Qoca Bayquş

0
3311
Ağıllı Qoca Bayquş

Palıq ağacının budaqları arasında yaşayan qoca bir bayquş vardı.O,ətrafında hər gün müxtəlif hadisələrlə qarşılaşırdı.Dünən bir balaca oğlanın qoca adamın ağır çantasını apramağa kömək etdiyini gördü.Bu gün o,bir qızın anasının üstünə qışqırdığını gördü.O,nə qədər görürdüsə,bir o qədər də az danışırdı.

O,az danışdıqca,daha çox şey eşidirdi.O,insanların müxtəlif hekayələr dediyini və danışdığını eşidirdi.O eşidirdi ki,bir qadın filin çəpərin üstündən aşdığını deyir.Digəri heç vaxt həyatda səhv etmədiyini deyir.
 
Qoca bayquş insanların həyatında nə olduğunu eşidirdi və görürdü.Bəziləri daha yaxşı olduqca,bəziləri də həddən çox pis olurdu.Ancaq qoca bayquş hər gün daha da müdrik olurdu.
 
Nəticə:Sən müşahidəçi olmağı bacarmalısan,daha az danışıb,daha çox qulaq asmaq.Bu səni daha da müdrik edəcək. 
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN