Digər Tərəfindən

0
3736
Digər Tərəfindən

 Ata bir jurnal oxuyurdu və balaca qızı onu hərdən o tərəfinə bu tərəfinə baxmaqla narahat edirdi.Atası onun başını qatmaq üçün kitabın xəritə olan səhifəsini cırdı.Sonra kitabdan bir hissəni də cırdı və onu yenidən xəritə halına salmaq üçün qızına verdi.Qızına öz otağına gedib bununla məşğul olmağı dedi.Ata əmin idi ki,qızı bütün günü onu hazırlamaq üçün otağında məşğul olacaq.Ancaq bir neçə dəqiqə keçmişdi ki,qızı əlində daha qüsursuz xəritə ilə qayıtdı.

Ata ondan bunu necə belə tez hazırladığını soruşanda qız cavab verdi ki:”Ooo...........Ata,səhifənin o biri üzündə bir adam üzü vardı.Mən sadəcə düzgün xəritəni əldə etmək üçün adamın üzünü yapışdırdım.
 
Nəticə:Nə olur olsun dünyada həmişə sənin üçün digər bir tərəf olur.Biz nə vaxt çətinliklə və problemlərlə qarşılaşsaq ona mütləq digər tərəfindən baxmağa çalışmalıyıq....Sən problemi həll etmək üçün asan bir yolu görəndə özünə belə təəccüblənəcəksən.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN