Həyatınızın Hər Anından Zövq Alın

0
6585
Həyatınızın Hər Anından Zövq Alın

Bir dəfə bir balıqçı sahildə ağacın kölgəsi altında oturub siqaret çəkirdi.Bu vaxtı ordan bir varlı iş adamı keçirdi və ona maraqlı gəldi ki,nə üçün balıqçı burda oturub siqaret çəkir,işləmir.O balıqçıdan bunu soruşdu.Bu suala cavab olaraq balıqçı bu gün kifayət qədər balıq tutduğunu dedi.

Bunu eşidən adam əsəbləşdi və dedi: Nə üçün sən daha çox balıq tutmursan burda oturub vaxtını itirmək əvəzinə?
Balıqçı cavab verdi: Mən nə edəcəm ki,daha çox balıq tutmaqla?
Adam dedi: Sən daha çox balıq tutarsan,onları satarsan,daha çox pul qazanarsan və özünə böyük bir qayıq alarsan.
Balıqçı : Bəs sonra nə edəcəm ki?
Adam: Sən suyun daha dərin yerlərinə gedər,daha çox balıq tutub satar və daha çox da qazanarsan.
Balıqçı: Bəs sonra nə edəcəm?
Adam: Sən daha çox qayıq alarsan ,özünə işçi tutarsan və əvvəlkindən daha çox qazanarsan.
Balıqçı: Sonra nə edəcəm?
Adam: Mənim kimi varlı olacaqsan.
Balıqçı: Sonra nə edəcəm ?
Adam: Sonra daha dinc yaşayaçaqsan həyatını.
Balıqçı: Bəyəm mən bunu o şey olmadan da edə  bilmərəm indi?
 
Nəticə:Sizin xoşbəxt olmaq və həyatdan zövq almaq  üçün sabahı gözləməyinizə ehtiyacınız yoxdur.Sənin hətta həyatdan zövq almağın üçün də varlı və ya güclü olmağına ehtiyac yoxdur.Həyat indiki andır və ondan doyunca zövq alın.Necə deyərlər:Mənim xoşbəxtliyim mal-mülkümü artırmaqla deyil,mənim xoşbəxtliyim istəklərimi azaltmaqladır.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN