Özündənrazı Uzunqulaq

0
3755
Özündənrazı Uzunqulaq

İlahələrin gözəl bütlərini hazırlayan bir oyma heykəltəraş var idi .Bir gün o, zəngin bir insandan ilahənin bütüni hazırlamaq üçün sifariş alır .Büt hazır olduqdan sonra o onu uzunqulağa yüklədi və yola düzəldi.
 
Onlar yol boyu getdikcə bütün insanlar bütə heyranlıqla baxırdı.Bəziləri sadəcə baxır,bəziləri də hətta hörmət əlaməti olaraq bütə baş əyirdilər. Axmaq uzunqulaq isə elə fikirləşirdi ki,insanlar bu heyranlığı ona görədir.
 
Uzunqulaq yolun yarısında dayandı və uca səslə bağırmağa başladı.Heykəltəraş onu yola gətirmək üçün xoş sözlər deməyə başladı.Ancaq uzunqulaq yerindən bir addım da tərpənmədi.Axırda çarəsiz qalan heykəltəraş bir möhkəm dəyənək götürdü və uzunqulağı döyməyə başladı. Bu an uzunqulaq özünə gəldi və məzlum-məzlum yoluna davam etdi.
 
Nəticə:Ağıllı üçün bir işarə,axmaq üçün bir dəyənəkdir.
 
Tərcümə etdi:Ülviyyə Salahova

ŞƏRH YAZIN