Qorxu Və Hörmət

0
1057
Qorxu Və Hörmət

Uzun illər əvvəl bir şəhərdə qəddar bir kral yaşayırdı.Ölkənin bütün əhalisi ondan qəddarlığına görə qorxurdu.Onun Cek adında bir iti vardı və onu hər şeydən çox sevirdi.Bir səhər it öldü.Kral iti üçün mərasim təşkil elədi və bütün şəhər əhalisi bu mərasimə gəldi.Kral insanları görüb sevinirdi ki,hər kəs onu çox sevir.Və özünü dünyanın ən yaxşı kralı kimi görürdü.Bir neçə gün sonra kralın özü öldü və onun dəfn mərasiminə heç kəs gəlmədi.

Nəticə:Hörmət elə bir şeydir ki,onu sən özün qazanmalısan,kiməsə məcbur edə bilməzsən ki,sənə hörmət etsin.Hörmət və qorxu arasında incə bir xətt var.Bizim hər birimiz onu başa düşməli və öz üzərimizdə vacib düzəlişləri etməliyik.
 
Tərcümə etdi:Ülviyyə Salahova

ŞƏRH YAZIN