Cavan Zeynallı : Əsas Odur Hər Kəs Öz Sənətini Ürəkdən Sevsin.

0
2243
Cavan Zeynallı : Əsas Odur Hər Kəs Öz Sənətini Ürəkdən Sevsin.

70-ci illərin əvvəlində Azərbaycan estradasında ifasıyla fərqlənən bir cavan oğlan görünməyə başladı.İfasıda,geyim tərzidə fərqli idi.O,zamanlar Cavanşir  Zeynalov  kimi tanınan bu cavan oğlanı vaxt keçdikcə hər kəs Qaya qrupunun əsas solistlərindən biri kimi tanımağa başladı. Bu gün ki müsahibimiz çox mehriban,şən,müsiqiylə yaşayan Azərbaycan cazına fərqlilik qatan Cavan Zeynallıdı. Onu yaxin kecmişə səyahətə apardıq ilk sualimizla  

Mən Bakıda doğulmuşam. Əvvəl beş mərtəbə tərəfdə yaşayırdım,tarqovu,bulvar o küçələr cox taniş və doğmadı.O  küçələrdən keçərək böyümüşəm.Artıq 6 ildi Xətaidə yaşayıram və ordan gələndə hərdən metroya otururam.İnsanlar mənə baxaraq Cavan müəllim xeyr ola metroda gedir,deyirem ki bilirsiz metronu sevirəm nəyə görə sizi görürəm  sevirəm xalqımı.Hərdən adam cox olur,onlar hamısı mənə yer verirlər. Deyirəm oturun lazim deyil.Ayaqlarım hələ möhkəmdi.28 maydan çıxıram və gedirəm Süleyman Rəhimov küçəsinə. Heydər Əliyev saraynin yanindan keçirəm.Biz orda konsert vermişik. Caz konserti. Və cox sevinirəm ki orda iştirak etmişəm. 42 ölkədə olmuşam mərkəz şəhərlərdə görmüşəm.İndi bizim şəhərimiz elə gözəlləşirki,o vaxtlar binalar balaca idi indi maşallah baxıram Bakı çox gözəlləşib.Bakını bütün dünya tanıyır. Müsabiqələr olur  idman mərasimləri keçirilir dünya görür bilir ki,bu Bakıdı Azərbaycanın paytaxtıdır.Buna görə  də mən çox sevinirəm. 

Həyata  baxış tərzininizlə bir çoxlarından fərqlənirsiniz? Maraqlıdı uğur əldə etmənin sizə görə ən yaxşı yolu nədir? 

Əsas odur hər kəs öz sənətini ürəkdən sevsin. Biz o vaxtı musiqi texnikumunda,konservatoriyada  oxuyanda  bilməmişik ki,kim olacağıq.Musiqini sevmək lazimdı.Musiqidə bir cox janr var caz,klassika.Mən klassikanı çox sevirəm Üzeyir Hacibəyov, Koroğluya qulaq asanda özümü elə yaxşı hiss edirəm. İndi zaman elədi ki hərdən qorxuram onlara qulaq asım.Bilirsiz niyə, qorxuram gedəcəm o mahnılara sonra qayıtmaq lazimdi bu günə  orda qala bilmərəm cunki  həyat gedir, davam edir. Ona görə cox qulaq asmıram. Bu sənətə musiqiyə məhəbbətimi vermişəm. Ömrümün yarıdan coxunu xərcləmişəm. 

Ömrünü sənətə Azərbaycan cazına həsr edən biri olaraq  musiqiyə yeni başlayan gənclərə nə kimi tövsiyyələriniz var? 

Əsas odu diqqətli olsunlar ciddi olsunlar calışsınlar. Ömür gedir. Bir yerdə dayanmir.Bir də baxirsan yaşlanmısan. Heç nə qalmadı. Amma ciddi məsuliyyətlə işə yanaşanda, sevgini verəndə bax bu zaman uğur qazanib fərqlənə bilərsən. 

 

Türkanə Babazadə 

 

ŞƏRH YAZIN