Duyğularınız Sizə Necə Təsir Edər?

0
2208
Duyğularınız Sizə Necə Təsir Edər?

 Adətən hadisələrə duyğusal, ağılsız bir şəkildə reaksiya göstərərik. Eyni iş yerində çalışan, ikisi də işinin peşəkarı olan iki işçi düşünün. İki işçi beş dəqiqədən sonra müdirin etdikləri işi gözdən keçirmək üçün yanlarına gələcəyini eşidərlər. Müdirin ziyarətinin arxasındakı "gizli səbəb" hər ikisi üçün də olduqca maraqlıdır. Lakin Corc həm də qorxur, bəlkə də utanc verici bir vəziyyətə düşəcəyini, danlanacağını və ya daha aşağı vəzifəyə endiriləcəyini düşünür. İşini itirsə ailəsinin və yoldaşlarının necə reaksiya göstərəcəyini, yeni bir iş tapmağın çətinliklərini ağılına gətirib narahatlığa qapılır. Maaş yox! Təhlükə! Dəhşət! Masanın ətrafında kağızlar uçuşur və hər hansı bir iş sənədinin niyə əl altında olmadığını açıqlamaq üçün axmaq bəhanələr tapmağa çalışarkən, bütün sənədlər bir birinə qarışar. 


Corcun iş yoldaşı Bill isə, müdirin işinə nəzarət etmək üçün yanına gələcəyini eşitdiyi zaman onun diqqətini razılıqla qarşılayır. Müdirə təsir etmə, bir neçə sual soruşma və bəlkə də maaş artımıyla əlaqədar söhbət etmə fürsəti tapa biləcəyinə sevinir. Müdirin gəlməsini zövq və həyəcanla gözləyir.
 
Yaxşı, bütün bu baş verənlər nə deməkdir? Duyğusal xəbərdarlıq iki işçi tərəfindən çox fərqli bir şəkildə şərh olunmuşdur. İkisi də öz düşüncəsini müəyyən bir süzgəcdən keçirib beynə fərqli mesajlar çatdırır və vəziyyəti fərqli bir şəkildə qəbul edərlər. Bir süzgəcdən keçirilən bu şərhlər davranışları və şübhəsiz iki işçinin də fərqli qiymətləndirməsinin əməli nəticələrini köklü şəkildə dəyişdirən vəziyyətləri yaradır.

Beyni bu kədərli düşüncələri yaradanda Corc tam olaraq necə bir vəziyyətdədir? Şübhəsiz ki, onun bu düşəncələri beyin, bütün digər orqanlar, sistemlər, toxumalar və sinirlər üzərində böyük bir təsirə malikdir. Corcun qorxusu, beynin bir çox başqa funksiyasını idarə edən hipotalamus tərəfindən aşkar edilmişdir. Hipotalamus dərhal adrenalin ifraz edərək onun qan dövranına girməsinə səbəb olmuşdur. Müdirin ziyarətini eşidər eşitməz, Corcun bədən kimyası bünyəsində gəzməyə başlayan qüvvətli kimyəvi maddələrlə alt üst olmuşdur. Bronxlar daha dərin nəfəs ala bilmək üzrə açılmış, ürək döyüntüləri sürətlənmiş, təzyiqi yüksəlmişdir. Qanına qarışan şəkər əlavə bir enerji yaratmışdır. Həzm sistemi iflas etmişdir. Dəri altındakı qan damarları sıxılmış və bu şəkildə qan dövranı yavaşlamışdır, eyni zamanda üzü də saralmışdır. Gözləri daha yaxşı görə bilmək üçün bərəlmiş, əzələlərin içindəki qan damarları əzələlərə daha çox qan gəlməsini təmin etmək üçün genişlənmiş, nəticədə əzələlərin özü də sıxılmışdır (əlbəttə ki, gərginlik də artmışdır). 

Bu sətirləri oxuyarkən özünüzü Corcun yerinə "qoya bilirsinizsə", bu anda bütün bunları daha yüngül bir şəkildə yaşayırsınız deməkdir! Stress, bax budur. Corcun bir vəziyyət mövzusunda belə düşünməsi beyninin bu şəkildə hərəkət etməsinə gətirib çıxarmışdır. Corc faktiki olaraq, müəyyən bir gərginlik yaşayır və içində olduğu vəziyyət onun bütün fizilogiyası ilə davranışlarına təsir edir. Buna bənzər daha bir neçə hadisə yaşadıqdan sonra sağlamlığının pozulacağı açıq aydındır. Bənzər hadisələrə qarşı göstərdiyi bu cür reaksiyalar davamlı hal alarsa, onun yaxşı bir təqaüdçü maaşı alma şansı daha da azalacaq.

NLP texnikaları yaşadığımız vəziyyətləri, yəni duyğularımızı idarə etməyimizə imkan tanıyır. Bizə müxtəlif variantlar təklif edir. NLP bəzilərimizin sadəcə məlumatlı olduğu, bəzilərimizin isə, təsirli bir şəkildə istifadə etdiyi bir bacarığı hər kəsin davamlı olaraq istifadə edə bilməsinə imkan yaradır. Əldə etdiyiniz nəticələr, etdiyiniz şeylərə bağlıdır. İçində olduğunuz vəziyyət, özünüzü necə hiss etdiyiniz, özünüzə və vəziyyətə bağlı olaraq nələrə inandığınız sizin hər addımınıza, uğurunuza, qısacası, əldə etdiyiniz nəticəyə birbaşa təsir edir. NLP texnikaları ilə, artıq bu faktorların hər birini siz idarə edə bilərsiniz. 

ŞƏRH YAZIN