Hansı Zehni Texnikalar Sizi Uğura Aparar???

0
1005
Hansı Zehni Texnikalar Sizi Uğura Aparar???

 Məşhur ingilis tennis oyunçusu və məşqçisi olan Timoti Gelvey əvvəl "Daxilinizdəki Tennis", sonra "Daxilinizdəki Qolf" olmaqla iki uğurlu kitab yazmışdı. Hər iki kitabda yer alan Qelveyin təlimatlandırma üsulları hər iki idmanda da son dərəcə təsirli, NLP baxımından da dəyərli olmuşdur. Ancaq tennis şagirdləri bu üsulun faydalı və nizamlayıcı təkliflərini kifayət qədər tətbiq etmədiklərinə görə, Qelvey onların fəaliyyətindən çox da məmnun deyildi. Daha sonra Qelvey təsadüfi olaraq, onları tənqid etmədiyi, təlimat vermədiyi və oyunçuların sadəcə onu izləyərək təqlid etdiyi zaman bir öncəki məşqlərə nisbətdə daha uğurlu olduqlarını gördü. Ardınca, bu metoddan təcrübəli oyunçularla yanaşı yeni başlayanlar da istifadə etməyə başladı. Oyunçular bir şeyi düşünmədən (bir uşağın yeni bir oyunu öyrənməsi kimi) etdikdə və ya təqlid etdikləri zaman düşünərək etdikləri sınaqlara nisbətən daha müvəffəqiyyətli olurdular. Beləliklə, Qelvey təlimatların sayını azaltdı və nəticədə bir xeyli irəliləyiş gördü.


Gelvey hər birimizin daxilində bizə nə etməyimiz gərəkdiyini söyləyən daxili təlimçi, yəni tənqidçinin olduğunu kəşf etmişdi: "Ayaqlarına diqqət et", "Bir az daha yavaş ol", "İndi daha sürətli ol", "Topu izlə", "Nəfəsinə diqqət et". Üstəlik, bu daxili tənqidçi hər hansı bir xarici tənqidçi qədər təsirli idi, ancaq əks istiqamətdə. Gelvey iki cür "mən"in hərəkət halında olduğunu görmüşdü. "Birinci mən" məlumatlı, nə etdiyinin fərqində olan amma daim müdaxilə edib, mühakimədə olan tənqidçi mövqesindədir. "İkinci mən" öz başına buraxılsa oyunu təbii, iradi qabiliyyətləriylə oynaya biləcək bir tennis oyunçusudur. "Birinci mən" mütəxəssis olduğunu düşünürdü, halbuki deyildi. "İkinci mən" isə oyundan zövq alan, etibarlı, təbii oyunçu idi, ancaq ağıllı, düşüncələri ifadə edə bilən "Birinci mən" ona maneə törədir və məcbur edirdi. Gelvey "ikinci mən"i oyunda saxlamaq üçün "birinci mən"i uzaqda tutacaq texnikalardan faydalanaraq təəccüblü nəticələrə çata bilmişdi. Daha sonra, eyni zehni texnikaları golf oyununda da tətbiq edərək, yeni başlayanların sürətlə irəliləməsini təmin etdi.

Gelveyin (beyinlə bağlı son illərdə edilən işlərin və əhəmiyyətli tapıntıların məlumatına sahib olmadan) kəşf etdiyi iki ayrı mənlik Nobel Sülh Mükafatı sahibi olan Rocer Sperrinin bölünmüş beyin xəstələri üzərində apardığı işlər zamanı tapdığı eyni "zehniyyətlər" idi. Təbii, ifadə qabiliyyətli, coşğun, açıq-aşkar olmayan "ikinci mən" sağ beyin, tənqidi "birinci mən" məntiqli, açıq-aşkar olan sol beyindir.

Bu daxili tənqidçi yalnız idman sahəsində qarşımıza çıxmaz. Əksər hallarda, özümüzlə etdiyimiz söhbətlərdə özümüzü tənqid atəşinə tutarıq: "Bunu heç bir zaman etməyəcəksən", "Diqqətli ol", "Bu mövzuda düşünmüsən?". Bəzən bu daxili dialoq etdiklərimizi dəstəkləyər ("Davam et, bacaracaqsan", "Onlara göstərəcəyəm") və bizə güc qazandırar. Bununla yanaşı, çox zaman da özümüzlə bağlı mənfi düşüncələrimiz real potensialımıza mane olar. Bizdən hazırlıqsız bir çıxış etməyimiz istəndiyi zaman, adətən əvvəldən hazırlanmış bir çıxışdan daha yaxşı performans nümayiş etdirərik. Bu vəziyyətdə daxili tənqidçimiz bizə qarışacaq, xəbərdar edəcək və tövsiyələr edəcək, amma digər "mən"imiz bir atəşə tutulacaq.  Öyrənmə modelində "qeyri-şüuri yetərlilik"ə çatdığımız zaman nə qədər mükəmməl bir səviyyəyə gəldiyimizi xatırlayaq. "İkinci mən" modelində şüurlu bir mənada düşünmərik; çünki tənqidçimiz dövrədə deyil. Məsələn, sol beynimiz bir tərəfdən avtomobil idarə edərkən digər tərəfdən radio proqramıyla məşğul ola bilər, axşam yeməyi üçün nə yeməyinə qərar verə bilər ya da əsəbi bir müştəriylə ediləcək görüşü düşünə bilər. "Birinci mən"in diqqəti olduqca dağınıq olarkən, "ikinci mən" "qeyri-şüuri yetərlilik" ilə avtomobili bir yerdən başqa bir yerə rahatlıqla apara bilər.

Bir iş yoldaşımız ayağının əzilməsinə baxmayaraq, verdiyi golf sözünü tutmaq üçün oyuna qatılmaqda qərarlıdır. Ağrılarına görə, bütün oyun boyu ayağından başqa heç bir şey düşünməyəcək haldadır. Oyunun bitməsini və istirahət üçün evə dönməsini iplə çəkir. Amma oyunu bu günə qədərki ən yaxşı dərəcəsiylə bitirməsi onu olduqca təəccübləndirir! Oynayarkən oyunu "düşünməyib", çünki zehni tamamilə ağrıyan ayağı ilə məşğul idi; edə biləcəyinin ən yaxşısını da bu səbəblə edə bilmişdir. Bu cür vəziyyətləri daima öz lehimizə çevirə bilməsək belə, Timoti Gelvey şüurlu zehnin diqqətini çox təsirli şəkildə dağıtma prinsipi ilə uğur əldə olunacağına inanır. Başqa idmançılar, natiqlər və komediyaçılar da bunun kimi özlərinəxas texnikalar yaradıblar. Bunlar doğru nəfəs almaq və rahatlamaq (rahatlamaq sol beynin "məşğul" olduğu düşüncələri ortadan qaldıra bilər), zehində canlandırma və ya digər texnikalar ola bilər.

ŞƏRH YAZIN