Koçluq Və Tibbdə Nlp-Nin Rolu!

0
1870
Koçluq Və Tibbdə Nlp-Nin Rolu!

 NLP ilə Koçluq


İş dünyası, sənaye, rəhbərlik və psixoloji sahələrdə Koçluğa tələbat da hər keçən gün artır. Bir çox professional Koç kişi, qrup yada daha böyük təşkilatları planlaşdırma, kritik dövrləri sovuşdurmaq, fərdi performansı ortaya çıxarma yada hədəflərə çatma proseslərində dəstək məqsədiylə verdiyi xüsusi məsləhət xidmətində də tez-tez NLP üsullarına müraciət edir. Koçluq seanslarında yaxşı təyin olunmuş hədəflərə çatma müddətində həllə istiqamətli strategiyalar inkişaf etdirilir və ehtiyac duyulan qaynaqların inkişafı təmin edilir.

Sağlamlıq Xidmətlərində NLP

NLP-nin təqdim etmiş olduğu təməl fərziyyələr, ünsiyyət qəlibləri, üsul və tətbiqləri ilə həkim, tibb bacısı, tibbi personal və öz sağlamlığı ilə yaxından maraqlanan kəslərə faydalı məlumatlar təqdim edir. Sözsüz ki, günümzdə sağlamlıq sektoru sürətlə inkişaf etməkdədir. Texnologiyanın inkişafı ilə birlikdə səhiyyə xidmətlərinin də avtomatlaşdırılması istiqamətində artan tənqidlər də insana xüsusi marağın yerini haradasa fərdi, heç bir təmasın reallaşmadığı soyuq bir qarşılıqlı əlaqəyə buraxdığını və alternativ tibbə yönələn insanların artımı bu sahədə yaranan boşluqdan və alınması lazım olan tədbirlərdən xəbər verir.

Elmi araşdırmalar da sübüt edib ki, xəstəliyin müalicə prosesinin hansı istiqamətdə irəliləyəcəyi xəstə ilə həkim arasında meydana gələn ünsiyyət və bunun nəticəsində yaranan güvən mühitiylə da yaxından əlaqəlidi. Bu səbəbdən dolayı da, NLP səhiyyə sahəsində çalışan işçilərə xəstələr və ya rəhbər işçilərlər ilə kooperativ və daha yaxşı münasibəti asanlaşdıracaq və xəstəliklərin də müalicə prosesini müsbət istiqamətdə dəstəkləyəcək olan vasitələr təklif edir. 

ŞƏRH YAZIN