Mükəmməl Davranışların Ortaq Tərəfi Nədir?

0
1779
Mükəmməl Davranışların Ortaq Tərəfi Nədir?

 Mükəmməl davranışın bəzi ortaq xüsusiyyətləri vardır. Birincisi, realda peşəkarlığımızın şüurunda olmarıq. Musiqi və ya atletika kimi təbii qabiliyyətlərdə bir şeyi reallaşdırmaq üçün sərf olunan lazım hər kəsdə eyni ölçüdə deyil. Olimpiadalarda medal qazanan atletlər ya da dünya səviyyəli musiqiçilər belə, onları "xüsusi" edən şeyi və ya ustalıqlarını əldə etmə yollarını müəyyən etməkdə çətinlik çəkərlər. Bunun səbəbi olaraq çox çalışdıqlarını göstərsələr belə, əslində daha az qabiliyyətli rəqiblərindən daha çox səy göstərdiklərini də deməzdik.


İkincisi, bu tərz bir ustalıq nümayiş etdirdiyimiz zaman, yaxşı bacardığımızı bildiyimiz şeyi realda sınaqdan keçirmir, sadəcə və inamla "elə-belə" edirik. Hər hansı bir idman sahəsinin ən üst səviyyəsinə yüksələn çempionlar çatdıqları nöqtəyə sanki asanlıqla yüksəlmiş kimi təəssürat yaradarlar. "Qeyri-şüuri yetərlilik" mərhələsinə çatmış olduqlarına görə, kənardan baxıldığı zaman artıq hər şeyi çox asan etdikləri kimi bir təəssürat yaradarlar. Halbuki bu, başı ilə dörd əməliyyatı (vurma, bölmə, toplama, çıxma) edə bilən birinin sərgilədiyi ustalıqdan daha asan deyil. 

Əlimizdən gələnin ən yaxşısını ortaya qoymaq ancaq etdiyimizi şüurlu olaraq düşünmədiyimiz zaman mümkündür. Bu məqalələri düşündüyünüz zaman, əgər nə etdiyinizi düşünsəniz, şüuraltı səviyyədə reallaşan şeylər (müxtəlif məlumatlar əldə etmək, daxili təmsillər etmək, oxuduğunuz mövzu haqqında bir anlayış yaratmaq) sizi hövsələdən çıxaracaq. Vizual işarələrə məna qazandırmaqdan sözləri və cümlələri real düşüncə obrazlarına çevirməyə qədər prosesin hər hansı bir hissəsinin şüurunda olmaq, sizin üçün əslində "asan" olan bir işi qeyri-mümkün hala gətirəcək. 
 
Üçüncüsü, insanların ustalıqları qismən düşünmə strategiyalarının məhsulu kimi görünür. Müəyyən bir peşəkarlıq səviyyəsinə çatmış, böyük işlər bacarmış, sənətdə və ya idmanda sirrli bir qabiliyyətə sahib olan və ya digər insanlarla müvəffəqiyyətli münasibətər quran insanların çatdıqları nöqtənin sirri kimi onların düşünmə strategiyaları göstərilə bilər. Bu insanlar necə etdiklərinin fərqində olmasalar belə, düşünmə sistemlərinin qlobal dilini (görmə, eşitmə və hissetmə) istifadə edərək, kiçik bir müzakirədən belə bilmədən mükəmməlləşdirdikləri müvəffəqiyyətli strategiyalar çıxara bilərlər.

Son olaraq, etnik mənşə, təhsil imkanları, genetik üstünlük və ya şəxsiyyət xüsusiyyətləri kimi bizim nəzarətimiz xaricində olan amillər ustalığı tam olaraq açıqlaya bilməz. Hamımızın mükəmməl şeylər etdiyi və etmə potensialına sahib olduğu bir çox sahə vardır. Hər birimiz bir ustayıq. Düşünmə tərzlərinizi daha yaxşı anlama bacarığını qazandığınız zaman, həyatınızın başqa hansı sahələrində ustalaşmaq istəyəcəyinizə özünüz qərar verə bilərsiniz.

ŞƏRH YAZIN