Müvəffəqiyyətsizlik Yoxdur, Sadəcə Nəticələr Var!

0
1727
Müvəffəqiyyətsizlik Yoxdur, Sadəcə Nəticələr Var!

 Əgər işlər planladığımız kimi getmirsə, müvəffəqiyyətsiz olduğumuzu düşünürük. Halbuki NLP-ə görə, hadisələr yaxşı ya da pis deyil; hər şey bir vəziyyətdən ibarətdir. Avtomobil idarə etməyi öyrənərkən muftaya yaxşı basmadığınız üçün ötürücüdən bəzi səslər çıxmasına səbəb olursunuzsa, bu, bir sürücü olaraq müvəffəqiyyətsiz olduğunuz mənasını verməz. Sadəcə müəyyən bir şəkildə ötürücünü dəyişdirməyiniz lazım olduğunu öyrənərsiniz və bundan dərs çıxararaq davranışınızı dəyişdirərsiniz. Burada, irəliləmək üçün vəziyyətdən, yəni əlaqə vasitələrindən faydalandıq. Bu vacib bir nöqtədir, çünki müvəffəqiyyətsizlik duyğusu və onun yaratdığı özünü kiçik görmə davranışlarımıza mənfi istiqamətdə təsir edər. Müvəffəqiyyətsizlik ya da aşağı səviyyədə bir müvəffəqiyyət, özbaşına reallaşan bir şüuraltı hədəfi halını alır. Müvəffəqiyyətsizlik anlayışını xəritənizdən sildiyiniz zaman, bütün yeni imkan qapıları qarşınızda açılacaq. Digər insanların imtina etdiyi nöqtədə siz davam etməlisiniz. 


Belə bir bioqrafiya sizə tanış gəlir?

31 yaşında iş həyatında müvəffəqiyyətsizliyə uğradı.

32 yaşında Məclis seçkilərinə qatıldı və məğlub oldu.

34 yaşında iş həyatında təkrar müvəffəqiyyətsizliyə uğradı.

35 yaşında sevgilisinin ölümünü yaşadı.

36 yaşında depressiyada idi.

38 yaşında seçkilərə yenidən qatıldı və yenidən qazana bilmədi.

43 yaşında konqres seçkilərinə qatıldı və uduzdu.

46 yaşında konqres seçkilərinə yenidən namizədliyini irəli sürdü və itirdi.

48 yaşında konqres seçkilərinə qatıldı və itirdi.

52 yaşında ABŞ prezidenti seçildi.

O Avraam Linkolndır. Tarixdə, müvəffəqiyyətə gedən yolda bir çox "müvəffəqiyyətsizliyə" uğrayan tək önəmli insan Avraam Linkoln deyildi. Tomas Edison lampanı kəşf etmək üçün etdiyi 9999 sınaqdan sonra qorxmadan davam etmişdi: 

"Müvəffəqiyyətsizliyə uğramadım. Sadəcə lampanın kəşf edilmədiyi bir yol daha kəşf etdim."
 
Əslində, müvəffəqiyyətli insanlar həyatlarını bu prinsiplə yaşayan insanlardır. Bu eyni zamanda, müvəffəqiyyətin daha əvvəl tanış olduğunuz dörd pilləsinə də bir nümunədir. Bu prinsiplər sizi yolunuzdan dönməməyinizi və izdiham içində itib batmamağınızı təmin edir. Səhv olaraq adlandırılan hər şey sizə təcrübələr qazandırır və hər səhv zamanında nə qədər mənfi ya da ağrılı da olsa, bir gün üstünlük olaraq geri dönər!

ŞƏRH YAZIN